Главная > Maraqlı > Təmiz dünya naminə...

Təmiz dünya naminə...


7-05-2024, 12:04. Разместил: admin44


Azərbaycandan dünyaya çağırış...

Keçən ilin – 2023-cü ilin dekabr ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunur.
Bildirilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühitin qorunması prioritet məsələdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalarhəyata keçirilir, ekosistem əməli qaydalar əsasında bərpa olunur.
Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”, - deyə sənəddə vurğulanır.

Özünün milli inkişafını qlobal dünyamızda məharətlə düzənlədən Azərbaycan ölkəsi hal-hazırda dünyada ekoloji məsələlərlə bağlı çağırışların aktuallığının artması kontekstində bu sahədə məqsədyönlü, müdrik siyasət həyata keçirir. Azərbaycan Respublikasında ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası, yaşıllıqların artırılması davamlı inkişaf konsepsiyasının mühüm tərkib hissəsini təşkil edir.

Bəli, qeyd etdiyimiz kimi Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməyə hər vaxtı hazır olduğu əyani sübutudur. Azərbaycan Prezidentinin bu qərarı vaxtında verilən çağırışdır, çox mühüm, planetə, bəşəriyyətə, insanlara xeyir gətirən tarixi sənəddır. Yaşıllıq, yaşıl ağaclar, yaşıl nə varsa, təzəliyin, gözəl havasatın bariz nümunəsidir. Təbiətdə nə varsa, Ulu Tanrının bizə, insanlara bəxş etdiyi bütün yaşıllıqlar öz gözəllyi ilə seçilir, gözlərə dolur, təbiət sevgisinə doğru məhəbbət yaranır. Təbiət, yaşıl donlar ona görə gözəldir ki, insan ondan xüsusi zövq alır, doymaq bilmir.Onunçün zəruridir yaşıl dünya... Yaşıl dünya naminə həmrəylik hərəkatı ölkəmizin məruz qaldığı ekoloji təhdidlər və onların qarşısının alınması üçün apardığı mübarizə və qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi ilə sıx əlaqədardır. İllər uzunu Azərbaycan ölkəsinin təbii sərvətlərini çapıb-talamış işğalçı Ermənistanın regionda səbəb olduğu ekoloji disbalansın aradan qaldırılması, uzun illər sənayedə mövcud olmuş sovet texnologiyasından yeni ekoloji təmiz üsullara və avadanlıqlara keçilməsi, karbohidrogen enerji ehtiyatlarından alternativ enerji mənbələrinə keçid, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurdakı dağıdılmış ərazilərdə ağıllı yaşayış məntəqələrinin yaradılması və Naxçıvanın yaşıl enerji zonası elan edilməsi qarşıya qoyulmuş mühüm vəzifələrdəndir. Azərbaycan Respublikası bu sahədə dünya birliyi ilə daha sıx əməkdaşlıq etməklə yaxın gələcəkdə daha sağlam bir ekosistem yaradılması, bunun dayanıqlı bir müstəviyə qaldırılması üçün öz gücünü məhz bu vacib sahədə də göstərə biləcəkdir.    Dünyaya verilən yaşıl vədlər daha gözəl, insanlığa yaraşıq verəcəkdir, Cənubi Qafqaz regionunda da yığılıb qalmış ətraf mühit problemlərini də həll edə biləcək bir mühitdir, gözəl ab-havadır.

Söz yox ki, Azərbaycan dünyada tanınan güclü neft ölkəsidir; həm də gözəl diyardır, yaşıl donlu, Xəzəri mavi gözlü bir dənizdir... Bu baxımdan 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi əlverişli fürsət ili olacağını göstərmək mümkündür. Ona görə Azərbaycanda yaşıllıqların artırılması, əhalinin sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər bütün dünyada böyük maraqla izlənilir və bütün dünyaya nümunədir. Son illərin hesabatlarda meşələrlə bağlı qiymətləndirmə üzrə Azərbaycan dünyada ilk beş ölkə sırasına daxil edilib. Bu yüksək göstəricinin qazanılmasına yeni meşə əkinlərinin salınması nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artması, meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsi səbəb olub. Azərbaycanın qarşıya qoyduğu məqsəd ondan ibarətdir ki, ölkədə ətraf mühitə, o cümlədən də insan sağlamlığına mənfi təsir göstərən amillər bütünlüklə aradan qaldırılmalıdır. Fikirlərinə davam edən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ölkəmizdə insanların sağlam yaşaması üçün lazımi şərait yaradılmalıdır:

-Hava, su, ətraf mühit - bütün bu amillər insanın sağlamlığına ən böyük təsir edən amillərdir. Əgər biz bu istiqamətdə işlərimizi ən qabaqcıl Avropa ölkələrinin standartlarına uyğunlaşdırsaq, görəcəyik ki, müəyyən müddətdən sonra həm insanların sağlamlığı, həm onların fiziki qabiliyyəti, həm ümumiyyətlə, Azərbaycanda yaşamaq üçün ən lazımi şərait yaradılmışdır. Bu istiqamətdə görülmüş işlər sayəsində xalqımız daha da yaxşı yaşayacaq, sağlam olacaq və Azərbaycan hərtərəfli inkişafını bundan sonra daha da uğurla irəliyə aparacaqdır...
Ölkəmizdə Azərbaycan Prezidenti İlham Əliyevin “Sağlam ekoloji mühit, sağlam hava, təmiz su” çağırışları mühümdür, vacibdir və həyata keçiriləcəkdir...



 

Dilarə HÜSEYNOVA,
Yazı YAP Masallı Rayon Təşkilatının  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində – “Yaşıl   dünya yazı və şəkillərdə”  mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
шаблоны для dle 11.2
Вернуться назад