NOVRUZ BAYRAMI TƏBİƏTİN CANLANMASININ MÜJDƏÇİSİDİR » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » NOVRUZ BAYRAMI TƏBİƏTİN CANLANMASININ MÜJDƏÇİSİDİR

    NOVRUZ BAYRAMI TƏBİƏTİN CANLANMASININ MÜJDƏÇİSİDİR

           Novruz  bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala — qışın qurtarmasına və baharın gəlişinə həsr olunur.Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır.Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz  bayramının  Zərdüşt  peyğəmbərin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. İlk yazılı mənbədə qeyd olunur ki, Novruz bayramı bizim eradan əvvəl 505-ci ildə yaranmışdır.

       2009-cu il sentyabrın 30-da  Novruz  bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər  xalqlar  bahar  bayramının mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.

        Azərbaycanda  Novruz bayramı  xalq tərəfindən böyük coşqu ilə  qeyd olunurdu.  Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, Hacı Zeynalabdin Tağıyev, Ağa Musa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər. 

    Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi. 1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da bolşeviklər Novruzun qeyd olunmasına xalqın dəstəyini qazanması üçün icazə verirdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi. "Kommunist" qəzeti 1921-ci il 24 mart tarixli nömrəsində yazırdı ki, "Novruz bayramı" günlərində məktəblərdə tətillər başlanır, küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil edilir. İmkansız əhaliyə müxtəlif ərzaq məhsulları paylanır.  Ancaq bununla bərabər, radikal bolşeviklər tərəfindən Novruza qarşı kompaniyalar ara vermirdi. Bu bolşeviklərə qarşı ən böyük təpkini isə Nəriman Nərimanov göstərirdi. Bu bayrama münasibətini N. Nərimanov 1913-cü ildə "İqbal" qəzetinin 19 mart tarixli sayında ətraflı şəkildə izah edir, Novruzu İslam dini ilə heç bir əlaqəsi olmayan, insanları birliyə və bərabərliyə səsləyən milli bayram kimi göstərirdi.

    İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizamilmülkün "Siyasətnamə"sini, Ömər Xəyyamın "Novruznamə"sini, Nizaminin “İsgəndərnamə”sini və başqalarını qeyd etmək olar. Sovet dövründə bu bayram qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Xalq inacına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir və hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel və nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir. Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini: quru və yaxud yağıntılı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü - yaz, ikincini - yay, üçüncünü - payız, dördüncü gününü isə - qış sayırlar. Əgər birinci gün küləksiz və yağmursuz olarsa, deməli bu yaz kənd təsərrüfatı işləri üçün əlverişli olacaq. Əksinə yağmurlu, külək olsa, deməli bütün yaz belə olacaq. Qalan üç günlərdə də yayın, payızın və qışın necə olacağı təyin olunurdu.

    Azərbaycanda lap qədimlərdən novruz şənliklərində “Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvkəs”, “Kosa-kosa”, “Qaravəlli”,və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə “Kəndirbaz”, “Masqara”, tamaşaları hazırlanır. Novruz bayramı qədim ənənələrlə, oyunlarla zəngindir. Qədim ənənələrdən "Xıdır İlyas" (məhsuldarlıq, çiçəklənmə rəmzi), "Kos-kosa”, “Qayış (Kəmər) götürdü”, “Hil-hil” - meydan məzəli oyunu (baharın gəlməsi rəmzi) və falabaxmanı qeyd etmək olar.

        Novruzun keçirilməsi üçün Moskvaya rəsmi müraciəti Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov etsə də, bayramın təşkilatçılıq işləri mərkəzi komitənin gənc və ambisiyalı ideoloji katibi Şıxəli Qurbanova tapşırılmışdı.  Novruz bayram Şıxəli Qurbanov birinci katib olanda rəsmi keçirilməyə başlandı.

     Artıq Azərbaycan müstəqillik qazanandan sonra bu gözəl bayram məhdudiyyətsiz keçirilir. Ulu öndər Heydər  Əliyev hakimiyyətə gələndən sonra  Novruz bayramının daha rəngarəng keçirilməsi üçün xüsusi qayğı göstərirdi. Bayram tədbirlərində şəxsən iştirak edirdi. Ümummilli Liderin layıqli davamçısı cənab İlham Əliyev rəhbərliyi dövründə də Novruz bayramının ümümmilli bayrama çevrilib. Martın 21 gününün  “Beynəlxalq Novruz  günü” kimi qeyd olunmasında  respublikanın birinci xanımı Mehriban xanım Əliyevanın böyük zəhməti var.





                                                                          ƏFRAİL FƏRZİYEV,
     YAP VETERANI




                                              
     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:25 Masallıda kitab təqdimatı – “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə”
    2. 23:00 Rusiyanın ən yaxşı cərrahı Masallıdandır
    3. 17:31 Hişkədərə kənd ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    4. 10:19 Masallıda rayon rəhbərinin 04 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 18:18 Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu
    6. 17:37 Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    7. 17:30 Masallıda rayon rəhbəri şəhər sakinləri ilə görüş keçirdi
    8. 16:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 02.12.2025
    9. 19:09 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:54 Masallıda yollar əsaslı və cari təmir olunur: noyabr 2025
    11. 16:53 Masallıda şəhid ailələri və şəhid məzarlarını ziyarət: noyabr 2025-ci il
    12. 16:50 Masallıda şəhid adına görülmüş işlər: noyabr 2025-ci il
    13. 16:49 Masallıda qışa hazırlıqla bağlı su aparıcı kanallar təmizlənir: noyabr 2025
    14. 16:47 Masallıda elektrik təsərrüfatı və işıqlandırma: noyabr 2025-ci il
    15. 16:45 Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il
    16. 16:33 Masallıda 2025-cü ilin dekabr ayına olan səyyar-görüş qəbulları barədə
    17. 17:09 Masallıda Vətən Müharibəsi şəhidi Sübhan Həsənova həsr edilmiş “Dan yerinin sübhü” adlı kitabın təqdimat mərasimi 
    18. 17:01 Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı konsert 
    19. 10:10 Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
    20. 18:21 Masallıda rayon rəhbərinin 25 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    21. 18:19 Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir 
    22. 09:23 “Bizim Əliş müəllim”
    23. 09:21 Azərbaycan Prezidentinə yazırlar
    24. 15:35 Rayon rəhbəri Köhnə Alvadı kəndində ərazi nümayəndəliyi üçün nəzərdə tutulmuş inzibati binaya baxış keçirib
    25. 15:33 Rayon rəhbəri Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə baxış keçirib
    26. 17:42 Masallıda rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    27. 17:18 Azərbaycan Prezidentinə yazırlar
    28. 14:39 Masallının Qəriblər ərazisinin Şıxlar kəndində 25 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    29. 11:00 Kəlbəcər Azaddır! 
    30. 10:57 25 Noyabr Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin qeyd olunduğu gündür
    31. 20:06 Namiqin qəlbində çox böyük bir Vətən sevgisi
    32. 15:30 Masallıda rayon rəhbəri inzibati binanın layihəsi ilə tanış olub
    33. 15:27 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 20.11.2025
    34. 15:24 Masallının Qarğalıq kəndində 20 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    35. 15:14 Masallıda rayon rəhbərinin 20 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 15:06 Naxçıvan şəhərində “Yeni Azərbaycan Partiyası”nın (YAP) təsis konfransı keçirildi
    37. 15:02 1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilməsi ilə əlaqədar
    38. 21:52 Azərbaycan Prezidentinə yazırlar
    39. 17:10 Masallıda “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi 
    40. 13:55 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ