Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 15:18
- Maraqlı
- 0
- 39

Hörmətli cənab Prezident.
İşğaldan azad olunan torpaqlarımızla yanaşı, bölgələrdə aparılan böyük abadlıq və quruculuq işləri Sizin uğurlu xarici siyasətinizin, dövlət idarəçiliyində yüksək bacarığınızın nəticəsidir.
Sizin rəhbərliyinizlə ölkəmizdə iqtisadi artım indiyədək görünməmiş dərəcədə yüksəlmiş, Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.
Masallı rayonuna göstərdiyiniz diqqət və qayğıya görə kəndimizin ziyalıları, ağsaqqalları və bütün sakinləri adından Sizə təşəkkür təbrik edir, Azərbaycan naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Nəcəfov Seyran Bürhan oğlu, şəhid atası
Azərbaycan Respublikası, Masallı rayonu, Tüklə kəndi.





























