Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025 » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025

    Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü - 29.12.2025

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayon ərazisində şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır.
    29 dekabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun “Dünya Azərbaycanlıların Həmrəylik Günü” və Yeni il münasibətilə şəhid ailələri ilə görüşmüşdür.
    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, RİHB aparatının əməkdaşları, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

    İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.  
    Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınları ilə görüşən Araz Əhmədov tədbiri giriş sözü ilə açaraq, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Birinci Qarabağ, Vətən müharibəsi və Antiterror əməliyyatlarında qəhrəmanlıq göstərərək qanı ilə tarix yazan igid oğullarımızın adları Azərbaycan xalqının hər bir fərdinin qəlbində yaşayacaq. Əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirələri hər zaman ehtiramla yad ediləcəkdir.
    Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev çıxışında qeyd edib ki, Masallı rayonunda 256 şəhid, 260 müharibə əlili, 1984 müharibə iştirakçısı vardır.  

    Şəhidlərimizin ailələri mütəmadi olaraq ziyarət edilir və sosial problemlərinin həlli istiqamətində işlər görülür. Şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə iştirakçıları dərman preparatları ilə təmin olunması daim diqqətdə saxlanılır. 

    Əlamətdar günlərdə şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi təsdiq edilmiş şəxslərə baş çəkilir, ehtiyacı olanlara maddi yardımlar  verilir, Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tədbirlərə dəvət olunurlar. 2025-ci ilin  27 sentyabr Anım günündə və 12 dekabr Ümumilli lider Heydər Əliyevin anım günündə ehsan süfrəsi təşkil edilərək şəhid ailə üzvləri və bir qrup müharibə iştirakçıları dəvət edilmişdir.
    Şəhid ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Rayon İcra Hakimiyyəti başçısı daim onlarla görüşür, qayğıları ilə maraqlanır, onların problemləri dinlənilərək həlli istiqamətində işlər görülür. Eyni zamanda müraciətləri əsasında aidiyyəti şöbələr tərəfindən şəhid ailələrinin yaşadıqları ünvanlarda görüşərək müraciətlərinin həlli istiqamətində işlər görürlər.

    Şəhid adları daşıyan küçələrə asfalt örtük vurularaq əsaslı təmir edilir. 2025-ci ilin əvvəlindən hazırki dövrədək 16 şəhid adını daşıyan küçələrə və şəhid ailələrinin yaşadıqları küçələrə ümumilikdə 22200 kvadrat metr (310000 manat) dəyərində asfalt örtük vurulmuş və asfalt olunmayan şəhid küçələrinə 24000 manat dəyərində qum-çınqıl tökülərək cari təmir edilmişdir. Ümumilikdə 96 şəhidin adına olan küçələrə və ailənin yaşadığı küçələrə 3 il 5 ay ərzində uzunluğu 36 km olmaqla 125000 kv.m (1.510.000 manat) dəyərində asfalt örtüyü vurulmuş və bu prosses davam etdirilir.
    İki müharibə əlilinin tikməkdə olduqları fərdi yaşayış evlərinə tikinti materialları verilmişdir. 3 şəhid ailəsinin evində təmir işləri görülür və iki şəhid ailəsi üçün fərdi yaşayış evinin tikintisi davam etdirilir. Bundan əlavə olaraq bildirmək istəyirəm ki, bu il 17 şəhid ailəsinə və qazilərə müəyyən tikinti materialları ilə  təmin olunmasına köməklik edilmişdir.

    2025-ci ilin əvvəlindən hazırki dövrə kimi şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, müharibə iştirakçılarına ümumilikdə 56964 manat məbləğində maddi yardım edilmişdir. 

    Əlavə olaraq bildirmək istəyirəm ki, Vətən müharibəsi bitdikdən sonra bu günə kimi imtiyazlı şəxslərə ümumilikdə 478962 manat məbləğində maddi yardımlar edilmişdir.
    Daha sonra tədbirdə Şəhid valideynlərindən Vahid İsgəndərov və Leyla Əliyeva, Ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, Qafqaz Müsəlmanlar  Şurasının  üzvü  Ağarəşid Talıbov və Masallı şəhər cümə məscidinin axundu Məftun Hüseynov çıxış etmişdir.

    Tədbirin sonunda şəhid ailələrinin müraciətləri dinlənilmiş və rayon rəhbəri tərəfindən həlli istiqamətində tapşırıqlar verilmişdir.
    Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.















    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:26 Masallıda “Rəqəmsal mühitdə uşaqların zərərli informasiyadan qorunması” adlı maarifləndirici tədbir
    2. 14:52 Masallıda “Talassemiyasız həyat naminə” ümumrayon qanvermə aksiyası
    3. 13:29 Masallı RİH başçısı 12 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    4. 17:31 Rayon rəhbəri Türkoba ərazisində şəhid məzarlarını ziyarət etdi 11.02.2026
    5. 17:28 Masallıda Türkoba ərazisinin Qəzvinoba kəndində səyyar qəbul keçirilib
    6. 16:06 Səhiyyədə peşəkarlıq, insanpərvərlik və dövlətə sədaqət nümunəsi: Masallı Rayon Mərkəzi Xəstəxanasının direktoru İlqar Ramizoğlu
    7. 14:49 Azərbaycan Prezidentinə yazırlar
    8. 09:07 Ərazi nümayəndəsinin tribunası
    9. 09:05 Allah rəhmət eləsin
    10. 20:13 Rayon rəhbəri Masallı ərazisində şəhid məzarlarını ziyarət etdi 09.02.2026
    11. 17:25 Masallı rayonunda elektrik və hibrid mühərrikli avtomobillərin sayı əvvəlki ildən 2,2 dəfə artmışdır - Statistika
    12. 12:39 Azərbaycan Prezidentinə yazırlar
    13. 13:52 Allah rəhmət eləsin
    14. 20:52 Azərbaycan Prezidentinə yazırlar
    15. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    16. 10:25 Bələdiyyə sədri
    17. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    18. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    19. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    20. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    21. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    22. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    23. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    24. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    25. 14:35 Yeni şeirlər
    26. 10:59 Perspektivli idmançıların aşkarlanması
    27. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    28. 15:56 100 illik ömrün işığı
    29. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    30. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    31. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    32. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    33. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    34. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    35. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    36. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    37. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    38. 14:19 QANLI YANVAR
    39. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    40. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ