Azərbaycan Prezidentinə yazırlar
- 5-01-2026, 18:20
- Maraqlı
- 0
- 86

Cənab Prezident!
Bu məktubu Sizə minnətdarlıq məqsədilə yazıram. Amma gec də olsa, Sizi əvvəlcə doğum gününüz münasibəti ilə təbrik edirəm. Allahdan Sizə cansağlığı, uzun ömür arzulayıram. Həmçinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Sizi təbrik edirəm.
Sizin sayənizdə Qarabağ yenidən qurulur, tikilir. Bölgələrimiz, eləcə də Masallının özü də bir gün belə işsiz qalmır. Sizin tapşırığınızla Masallıda görülən işlər təqdirəlayiqdir.
Xalqımızın vətənpərvərliyi indi daha güclüdür. Vətən şəhidləri bir gün olsun belə unudulmur, hər zaman xatırlanır. Buna misal öz şəhid ailəmizi göstərə bilərəm. Lürən kəndində qardaşım Faiq Şükürovun adını daşıyan küçəyə və evimizə qədər olan məsafəyə asfalt salınması işi yenicə qurtarmışdır. Buna görə Sizə və ailənizə minnətdaram.
Əziz Ali Baş Komandan, Vətənimizi, onun hər daşını qorumağa əmrinizlə hər zaman hazırıq. Ona görə ki, Sizə inanırıq.
Hörmətlə,
Şükürov Mübariz Xubalı oğlu,
şəhid qardaşı
Azərbaycan Respublikası, Masallı rayonu, Lürən kəndi.




























