Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 20:19
- Maraqlı
- 0
- 4

Möhtərəm cənab Prezident!
Son vaxtlar rayonumuzda gedən abdalıq-quruculuq işləri hər bir Masallı sakini kimi məni də qürurlandırır. Sizin şəxsən Masallı rayonuna göstərdiyiniz xüsusi diqqətinizin sayəsindədir ki, Masallımızda infrastruktrurun yenilənməsində böyük işlər görülmüşdür. Əminik ki, rayonumuzla bağlı böyük layihələr Sizin liderliyiniz altında yaxın gələcəkdə də həyata keçriləcəkdir.
Möhtərəm cənab Prezident, ölkəmizdə və Masallımızda həyata keçirilən bütün bu gözəl işlərə görə rayonumuzun sakinləri adından Sizə sonsuz təşəkkür edirik. Fürsətdən istifadə edib, Sizi 24 dekabr – doğum gününüz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram.
Uca Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Məcidov Cəmil Əjdər oğlu
Azərbaycan Respublikası, Masallı rayonu, Yeyənkənd kəndi.





























