Главная > Təhsil > Məktəbli qızlar arasında “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr edilmiş  Zərif incilər” adlı “Xəmsə milli” intellektual oyunu keçirilmişdir

Məktəbli qızlar arasında “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr edilmiş  Zərif incilər” adlı “Xəmsə milli” intellektual oyunu keçirilmişdir


7-03-2024, 17:35. Разместил: admin44


06 mart 2024-cü il tarixdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektorunun təşkilatçılığı və  Rayon İcra Hakimiyyəti, “Masallı Gənclər Evi” SXM-nin tərəfdaşlığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü”nə həsr edilmiş  məktəbli qızlar arasında Masallı Gənclər Evində “Zərif incilər” adlı “Xəmsə milli” intellektual oyunu keçirilmişdir.

Gərgin və maraqlı keçən bilik yarışının yekununda Göyəçöl kənd tam orta məktəbinin “Viktoriya” komandası I, Mahmudavar kənd tam orta məktəbinin “Uğur” komandası II, Musaküçə kənd tam orta məktəbinin “Musaküçə 039” komandası III yerə layiq görülmüşdür.

Qalib gəlmiş komandalar diplom və medallarla təltif olunmuşlar.





"Yeni həyat" qəzeti,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад