Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib

    Masallı rayonu Həsənli kənd orta məktəbinin şagirdi imtahanda ən yüksək nəticəni göstərib


    Dövlət İmtahan Mərkəzi (DİM) mayın 5-də keçirilmiş imtahanların nəticələrini elan edib.

    DİM-dən bildirilib ki, imtahanda ən yüksək nəticəni 296,6 bal toplayan Masallı rayonu, Həsənli kənd orta məktəbinin 2023-cü il məzunu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

    Bu imtahanlarında iştirakı nəzərdə tutulan 11948 nəfərdən 1335 nəfər imtahana gəlməyib.

    Xatırladaq ki, mayın 5-də

    1. Əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

    2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

    3. Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

    4. Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

    5. Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

    6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı keçirilib.

    İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər mayın 22-dən 24-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır.

    Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

    -Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

    -İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

    -İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

    Bundan sonra şagirdlər (abituriyentlər) apellyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

    Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

    Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər (abituriyentlər) DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə, həmçinin tapşırıqların şərti və izahlarla tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    2. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    3. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    4. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    5. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    6. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    7. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    8. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    9. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    10. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    11. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    12. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    13. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    14. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    15. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    16. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    17. 12:58 Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
    18. 22:04 Rayon rəhbəri Qızılağac kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    19. 23:06 Masallı Rayon İcra Hakimiyyəti başçsının 06.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    20. 23:11 Rayon rəhbəri 05 avqust 2026-cı il tarixdə Masallı rayonunun II Yeddioymaq ərazisinin Qasımlı kəndində səyyar qəbul keçirib
    21. 22:09 Rayon rəhbəri II Yeddioymaq ərazisində şəhid məzarlarını ziyarət etdi 05.08.2026
    22. 20:09 Rayon rəhbəri Musaküçə kəndində II Qarabağ müharibəsi iştirakçısını ziyarət edib
    23. 20:08 Rayon rəhbəri Çaxırlı kəndində şəhid ailəsini ziyarət edib
    24. 11:47 ƏYALƏTDƏN BÖYÜK ƏDƏBİYYATA
    25. 17:50 Masallıda "Təmiz şəhər bizdən başlayır — nümunə olmaq vəzifəmizdir" adlı tədbir keçirilib
    26. 17:56 Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ: Prezident İlham Əliyevin Qırğızıstanda verdiyi bəyanatın siyasi əhəmiyyəti
    27. 11:46 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü: Milli kimliyimizin və mənəvi irsimizin rəmzi
    28. 08:47 Azərbaycan prezidetinə yazırlar
    29. 08:44 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:42 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:40 Azərbaycan Prezidentinə yazırlar
    32. 08:39 Azərbaycan Prezidentinə yazırlar
    33. 08:37 Azərbaycan Prezidentinə yazırlar
    34. 08:19 Masallıda rayon rəhbəri növbəti dəfə ucqar dağlıq relyefdə olan Köhnə Zuvand kəndində olub
    35. 11:05 Masallı Rayon İcra Hakimiyyəti başçsının 30.07.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu
    36. 16:51 Elan
    37. 15:21 Masallıda kartof və taxıl yığımının yekunları, növbəti əkin mövsümü qarşısında duran vəzifələr müzakirə olunub
    38. 12:10 Masallıda 2026-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    39. 09:58 XALQI XALQ EDƏN, MİLLƏTİ MİLLƏT EDƏN ONUN ANA DİLİDİR
    40. 11:17 Təbrik edirik!
    «    Avqust 2026    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    DÜNYA XƏBƏRLƏRİ