Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı misilsiz xidmətlərindən biri də Novruzun yenidən xalqımıza qaytarılması olub » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı misilsiz xidmətlərindən biri də Novruzun yenidən xalqımıza qaytarılması olub

    Ulu Öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı misilsiz xidmətlərindən biri də Novruzun yenidən xalqımıza qaytarılması olub


               
    Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında həmin xalqın lideri olmaq missiyasını öz üzərinə götürmüş tarixi şəxsiyyətlərin üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin Azərbaycan və azərbaycanlılar qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli əhəmiyyət kəsb edən məsələni xüsusi qeyd etmək lazımdır. Novruz bayramı sovetlər birliyi dövründə uzun illər rəsmən qadağan edilsə də, ümummilli lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi əhəmiyyəti hər zaman önə çəkilmişdir. Diqqətəlayiq haldır ki, ötən əsrin 70-ci illərində Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin xeyir-duası ilə rəsmən qeyd olunmuş, bayram şənliklərini əks etdirən reportajlar televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəldir, milli irsə, tarixə böyük məhəbbət yaradır, özünüdərki gücləndirirdi. Ulu Öndər Heydər Əliyev çıxışlarında belə söyləyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”
                   
    2020-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik. Tarixi Qələbəmizdən cəmi dörd ay sonra, 20 mart 2021-ci il tarixində cənab Prezident İlham Əliyev Şuşadan, Cıdır düzündən xalqa etdiyi müraciətində demişdi:“Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır... Bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik... Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik.”
                   
    Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub.
                   
    Azərbaycan xalqının milli adət-ənənəsinə görə dostluq, həmrəylik və yüksək mənəviyyat bayramı olan Novruzda küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır, bağban meyvə ağaclarını budayır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdi: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.
                 
    Sözsüz ki, Novruz bayramının UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi çox böyük əhəmiyyət kəsb edir. Ölkəmizin mədəniyyət tarixində önəmli yer tutan bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri Azərbaycanın mənəvi, tarixi, mədəni irsinin qorunması işində əvəzolunmaz rol oynamışdır. Milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Mehriban xanım Əliyevanın təşəbbüsü nəticəsində mümkün olmuşdur. Mehriban xanım Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin, Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün müxtəlif təqdimatlar, sərgilər, tədbirlər keçirmişdir. Azərbaycan xalqının yaratmış olduğu mədəni abidələr dünya irs siyahılarına daxil edilərək qorunma altına alınmışdır. Bütün bunlarla yanaşı, Azərbaycan muğamı, xalçası, aşıq musiqisi, tar ifası, kəlağayı sənəti, Lahıc misgərlik sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə qurumun təcili qorunmağa ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmişdir. Eyni zamanda Qız Qalası, İçərişəhər, Şirvanşahlar sarayı və Qobustan Dövlət Tarix və Bədii Qoruğu da UNESCO-nun Ümumdünya İrs siyahısına salınmışdır.
                   
    Bu gün Ulu Öndərin milli dəyərlərimizin qorunmasına və inkişafına  yönəldilmiş siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbiət bayramı sayılan Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu, keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Novruzu milli mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırmaqla yanaşı, xalqla iqtidar arasında sıx vəhdəti də sübut edir. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev onun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu da qeyd etmişdir.
           
    Heç şübhəsiz, bu ilki Novruz Azərbaycan xalqı üçün xüsusilə əlamətdar və yaddaqalan olacaq. Çünki bu Novruzu biz “Heydər Əliyev İli”ndə qarşılayacayıq. Azərbaycan xalqı öz böyük xilaskar oğlunun əziz xatirəsini daim yaşadacaq, gələcək nəsillər isə Ulu Öndər Heydər Əliyev dühasının işığında əsrlər boyunca Novruzu azad və müstəqil Azərbaycanın vətəndaşları olaraq qarşılayacaqlar.




    Ülvi Rufullayev,
    Masallı rayonu, Binə Xocavar kəndi




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az

    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 15:54 Masallıda Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar şəhid məzarları ziyarət olunub
    2. 14:14 Sözün və işıqlı insanın itkisi – Oqtay müəllimin əbədiyyət köçü
    3. 22:45 Sahil - Bir atanın qüruru, Vətənin qəhrəmanı
    4. 20:39 Masallıda Lokal Antiterror əməliyyatlarının 3-cü ildönümü ilə əlaqədar şəhid məzarları və ailələri ziyarət olunub
    5. 16:49 Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib
    6. 16:45 Rayon rəhbəri Boradigah qəsəbəsində şəhid anaları ilə görüş keçirib
    7. 16:44 Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Masallıdan olan şəhid anaları ilə görüşüb
    8. 16:41 Masallıda rayon rəhbəri Qəhrəmanlar Parkını Şəhid anaları ilə birlikdə ziyarət edib
    9. 16:40 Masallıda həsirçilik sənətinin inkişafı istiqamətində işlər davam etdirilir
    10. 16:38 Viləş kəndində şəhidlərin adını daşıyan muzeyə gedən yol asfaltlanır
    11. 16:15 Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı
    12. 16:11 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    13. 16:10 Xüsusilə gənc nəslin dövlət suverenliyinin mahiyyətini dərindən dərk etməsi vacibdir
    14. 16:06 20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü
    15. 16:04 Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir
    16. 16:03 Dövlət Suverenliyi Gününü
    17. 15:05 Masallıda “Sahibkarlığa yeni dəstək alətləri və mövcud mexanizmlərin genişləndirilməsi” mövzusunda tədbir
    18. 14:58 Masallı Rayon İcra Hakimiyyəti başçsının 19.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    19. 21:28 Azərbaycan dinlərin və mədəniyyətlərin yanaşı olduğu məkan kimi tanınır
    20. 16:05 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi
    21. 16:03 Rayon rəhbəri 16 sentyabr 2026-cı il tarixdə Mahmudavar ərazisinin Molalan kəndində səyyar qəbul keçirib
    22. 12:42 Türk dünyası və İslam həmrəyliyi
    23. 12:13 Filosofun 50 illik hesabat dərsi
    24. 12:07 Masallı xəstəxanasında ilk dəfə göz əməliyyatları aparılıb
    25. 22:51 Rayon rəhbəri Köhnə Alvadı kəndində şəhid ailəsi üçün inşa olunan evə gedən işlərə baxış keçirib
    26. 22:49 Rayon rəhbəri şəhid Ramil Zərbiyevin ailəsini ziyarət edib
    27. 22:47 Masallının rayon rəhbəri Boradigah qəsəbəsində misgərlik sexində
    28. 14:15 Masallıda “Bilik Günü” qeyd olunub-15.09.2026
    29. 14:02 Folklorşünas-alimin yeni elmi-ədəbi toplusu çapdan çıxıb
    30. 13:59 Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə erməni revanşist qüvvələrin reaksiyası
    31. 13:18 Tural Ağammədov: “Avqust ayında büdcə gəlirlərində artım müşahidə olunub”
    32. 19:55 YAP Masallı rayon təşkilatının XI konfransı keçirilib
    33. 18:47 Rayon rəhbəri I Qarabağ müharibəsi iştirakçısını qəbul edib
    34. 09:51 MÜHÜM VƏZİFƏLƏR QARŞISINDA
    35. 20:39 Masallıda kənd təsərrüfatının inkişafı ilə bağlı Dövlət Proqramından irəli gələn vəzifələr müzakirə edilib
    36. 20:08 Masallı Rayon İcra Hakimiyyəti başçsının 10.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    37. 17:20 Rayon rəhbəri Masallı şəhər ərazisində şəhid məzarlarını ziyarət etdi 09.09.2026
    38. 16:23 Rayon rəhbəri 09 sentyabr 2026-cı il tarixdə Masallı şəhər ərazisində səyyar qəbul keçirib
    39. 22:24 Masallıda əlilliyi olan uşaqlar üçün xeyriyyə tədbiri keçirilib
    40. 09:14 TƏLƏBƏLƏRLƏ GÖRÜŞ
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ