VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

    VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu


    Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında  Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir. 2019-cu il mayın 2-də Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin bəyan etdiyi kimi, milli kimliyində fərqli inanclara, müxtəlif dəyərlərə anlayışla yanaşmaq, onlarla ehtiramla davranmaq, dözümlü olmaq kimi unikal xüsusiyyətlər daşıyan Azərbaycan xalqı dünyaya tolerantlıq nümunəsi təqdim edir. Tarixən sivilizasiyaların və mədəniyyətlərin qovuşağı olan Azərbaycan bu gün Şərqlə Qərb arasında mədəni körpü rolu oynayır. Etnik-mədəni və dini müxtəlifliyin tənzimlənməsi sahəsində mühüm nailiyyətlər əldə edən ölkəmizin dünyada qlobal dialoqların baş tutduğu ünvan kimi özünəməxsus və təkrarsız ad-san qazanması da təsadüfi deyil. Azərbaycanda mədəniyyətlərarası dialoqun və əməkdaşlığın təşviqinə yönələn çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizdə mədəni müxtəlifliyə göstərilən diqqət və dəstəyin bariz göstəricisidir.

    Mayın 1-dən 3-dək ölkəmizdə keçiriləcək "Sülh və qlobal təhlükəsizlik naminə dialoq- əməkdaşlıq və qarşılıqlı əlaqə" mövzusunda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

    Beynəlxalq forumda 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edəcək. Yüksəksəviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün ölkəmizdə bir araya gəlirlər.Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ilin dekabrında Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransda İslam və Qərb sivilizasiyaları, eləcə də xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Prezident İlham Əliyev tərəfindən "Bakı Prosesi" təşəbbüsü irəli sürülüb. Konfransda "Mədəniyyətlərarası dialoqu təşviq etmək naminə Bakı bəyannaməsi" qəbul edilib.

    "Bakı Prosesi" çərçivəsində müntəzəm olaraq Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, eləcə də Dünya Dini Liderlərinin Sammiti və Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının Qlobal Forumu təşkil edilir.
               
    Tarixi, coğrafi, mədəni əsaslar təsadüfi deyil ki, Azərbaycan bu cür mərama xidmət edən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ənənəvi məkana çevrilib. Çünki tarixən müxtəlif dinlərin, xalqların nümayəndələri ölkəmizdə bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar. Bunu ölkəmizdə mövcud olan müxtəlif inanclara məxsus tarixi, dini abidələr də əyani göstərir. Tarixdə ilk din olan Zərdüştlüyün qədim atəşpərəstlik məbədi Bakıda, Qafqazın ən qədim kilsələrindən biri - Qafqaz Albaniyası kilsəsi Şəki yaxınlığında və müsəlman aləminin ən qədim ibadətgahlarından biri olan, 743-cü ildə tikilmiş məscid Şamaxıda yerləşir. Bunlar isə Azərbaycanın bütün dinlərin, inancların qovuşduğu məkan olmasına əyani nümunədir.Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasət nəticəsində hazırda Azərbaycanda tarixən bərqərar olmuş tolerant cəmiyyət mövcuddur və heç bir milli, dini ayrı-seçkiliyə yol verilmir. İslam ölkəsi Azərbaycanda bu gün məscidlərlə yanaşı, kilsələrin, sinaqoqların fəaliyyət göstərməsi də buna əyani nümunədir. Hazırda dünyanın əksər ölkələrində tüğyan edən dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin, ksenofobiyanın, islamofobiyanın fonunda Azərbaycanda var olan tolerantlıq unikallığı ilə diqqət çəkir və təqdir olunur.

    Məhz ölkəmizin sivilizasiyalararsı dialoqların keçirildiyi baş ünvana çevrilməsi də burada var olan tarixi, coğrafi, mədəni əsaslara dayanır.



    Kərimova Əfsanə,
    Masallı Gənclər Evi
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ