Ciddi siqnal » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Ciddi siqnal


    Pomidor, xiyar niyə qıtdır?

    Hərdən əllərimi arxada cütləyib bazara çıxmağım var. Baxım görüm bazarda ucuz-baha nə var, nə yox. Onsuz da köhnə bazarın yolu elə Viləş körpüsündən aşağı enəndən başlayır. Yolun solunda apteklər, cürbəcürə marketlər, sağında tərəvəz məhsuları, ən çox isə soğan-kartof, quş dənləri.

    Müşahidələrimdə görürəm ki, hamı xiyar, pomidor, bibərlə maraqlanır. 10-12 yaşlı bir oğlan uşağı malların üstündə nəzarətçi kimidir.

    -Oğul, bala, pomidor neçəyədir, hara məhsuludur?
    Uşaq qrammafon valı kimi ötməyə başlayır.

    -Əmi, alansan ya vaxtımı alıb qiymət soruşursan? Sonra əli ilə malları bir-bir göstərir:
    -Bax, bu Salyan pomidorudur, bir az yumşaq olsa da, ləzzətli məhsuldur.  Bunlar isə Sabirabaddan gəlib. Görürsən, daş kimidir. Bu isə Zirə pomidorudur, 1  manat 40 qəpiyə satırıq.  Qiyamət məhsuldur.  Ölkənin hər yerində əl-əl gəzirlər. Xiyar da əsasən, Salyan, Saatlı, Sabirabaddan gəlib. Hər yerdə 1,2 -  1.4 manatdır.
    -Oğlum,  bəs yerli məhsullarınız yoxdur?
    -Nə bilim a kişi, 3-4 ildir atama kömək edirəm, hələ eşitməmişəm ki, bazarda Masallı pomidoru, xiyarı olsun.
    Malların əsl sahibi  söhbətimizə müdaxilə edir:

    -Ay müəllim, uşaq hardan bilsin. Yəqin rayonda xiyar-pomidor yetişdirmirlər ki, bazara da gəlib çıxmır. Biz də istəyərdik ki, yerli məhsul sataq, həm ucuz olsun, həm də keyfiyyətli. Neçə illərdir bazarda yerli kələm, bibər də yoxa çıxıb.
    Deyirəm, ey gidi dünya, bax gör, bir vaxtlar nəhəng Sovetlər birliyinin nəhəng şəhərlərini kələm, pomidor, badımcan və sitrus məhsulları ilə təmin edən Masallı bu gün özünü bu məhsullara olan tələbatı qarşısında aciz qalır.

    Rayon statistika idarəsindən aldığımız məlumatda göstərilir ki, bu il rayonda 537,5 hektar pomidor,   336,5    hektar xiyar,    94,5    hektar bibər  əkilib. Bu rəqəmləri biləndə “ətdirsə pişik hanı, pişikdirsə ət hanı?” məhşur deyim yada düşür.

    Bir dəfə kələm əkini ilə əlaqədar DAİM-in mütəxəssisi ilə söhbətimizdə suyun olmaması bəhanə gətirilirdi. Deyim ki, su da bəhanədir. Bu qədər Viləşçay dəryaçasının suyundan istifadə edib rayonda 50-60 hektar kələm əkmək olmaz?  Bu həmin Dəryaçadır ki, bir vaxtlar onun suyu ilə 3000 hektardan çox çay tarlası, nə qədər tərəvəz sahəsi suvarılardı.Yoxsa burda da bir kimyəvi iskir işlər var.

    Qoy olsun, yəqin ki bəzi-bəzi idarə başbilənləri bu barədə baş sındıracaqlar. Eybi, yox, nə edirlər etsinlər, təki bu işlərdən bir amma çıxmasın. Hər şey rayon üçün yaxşı olsun. Biz də eşidib bundan feyziyab olaq və fikirlərimizdən qara-qura söhbətləri kənar edək.




     
    Həsənağaшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    3. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    4. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    5. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    6. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    7. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    8. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    9. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    10. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    11. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    13. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    14. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    15. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    16. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    17. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    18. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    19. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    20. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    21. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    22. 10:08 UNUDULMUR...
    23. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    25. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    26. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    27. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    28. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    29. 16:46 “PeşəFest-2026” - Masallıda
    30. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    31. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    32. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    33. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    34. 16:18 Masallı şəhərində şəhid Araz Seyfullayevin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:17 Rayonun Çaxırlı kəndində şəhid Namiq Bağırovun şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:15 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 08.10.2026
    37. 16:12 Rayon rəhbəri 08 oktyabr 2026-cı il tarixdə Əhmədli kəndində səyyar qəbul keçirib
    38. 16:07 Masallı Rayon İcra Hakimiyyəti başçsının 08.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    39. 15:12 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi bir hadisəsi olmaqla yanaşı, həm də qazanılan möhtəşəm uğurların və gələcək strateji hədəflərin təntənəsidir
    40. 15:03 Yeni Azərbaycan Partiyasının VIII Qurultayı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ