Ciddi siqnal » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Ciddi siqnal


    Pomidor, xiyar niyə qıtdır?

    Hərdən əllərimi arxada cütləyib bazara çıxmağım var. Baxım görüm bazarda ucuz-baha nə var, nə yox. Onsuz da köhnə bazarın yolu elə Viləş körpüsündən aşağı enəndən başlayır. Yolun solunda apteklər, cürbəcürə marketlər, sağında tərəvəz məhsuları, ən çox isə soğan-kartof, quş dənləri.

    Müşahidələrimdə görürəm ki, hamı xiyar, pomidor, bibərlə maraqlanır. 10-12 yaşlı bir oğlan uşağı malların üstündə nəzarətçi kimidir.

    -Oğul, bala, pomidor neçəyədir, hara məhsuludur?
    Uşaq qrammafon valı kimi ötməyə başlayır.

    -Əmi, alansan ya vaxtımı alıb qiymət soruşursan? Sonra əli ilə malları bir-bir göstərir:
    -Bax, bu Salyan pomidorudur, bir az yumşaq olsa da, ləzzətli məhsuldur.  Bunlar isə Sabirabaddan gəlib. Görürsən, daş kimidir. Bu isə Zirə pomidorudur, 1  manat 40 qəpiyə satırıq.  Qiyamət məhsuldur.  Ölkənin hər yerində əl-əl gəzirlər. Xiyar da əsasən, Salyan, Saatlı, Sabirabaddan gəlib. Hər yerdə 1,2 -  1.4 manatdır.
    -Oğlum,  bəs yerli məhsullarınız yoxdur?
    -Nə bilim a kişi, 3-4 ildir atama kömək edirəm, hələ eşitməmişəm ki, bazarda Masallı pomidoru, xiyarı olsun.
    Malların əsl sahibi  söhbətimizə müdaxilə edir:

    -Ay müəllim, uşaq hardan bilsin. Yəqin rayonda xiyar-pomidor yetişdirmirlər ki, bazara da gəlib çıxmır. Biz də istəyərdik ki, yerli məhsul sataq, həm ucuz olsun, həm də keyfiyyətli. Neçə illərdir bazarda yerli kələm, bibər də yoxa çıxıb.
    Deyirəm, ey gidi dünya, bax gör, bir vaxtlar nəhəng Sovetlər birliyinin nəhəng şəhərlərini kələm, pomidor, badımcan və sitrus məhsulları ilə təmin edən Masallı bu gün özünü bu məhsullara olan tələbatı qarşısında aciz qalır.

    Rayon statistika idarəsindən aldığımız məlumatda göstərilir ki, bu il rayonda 537,5 hektar pomidor,   336,5    hektar xiyar,    94,5    hektar bibər  əkilib. Bu rəqəmləri biləndə “ətdirsə pişik hanı, pişikdirsə ət hanı?” məhşur deyim yada düşür.

    Bir dəfə kələm əkini ilə əlaqədar DAİM-in mütəxəssisi ilə söhbətimizdə suyun olmaması bəhanə gətirilirdi. Deyim ki, su da bəhanədir. Bu qədər Viləşçay dəryaçasının suyundan istifadə edib rayonda 50-60 hektar kələm əkmək olmaz?  Bu həmin Dəryaçadır ki, bir vaxtlar onun suyu ilə 3000 hektardan çox çay tarlası, nə qədər tərəvəz sahəsi suvarılardı.Yoxsa burda da bir kimyəvi iskir işlər var.

    Qoy olsun, yəqin ki bəzi-bəzi idarə başbilənləri bu barədə baş sındıracaqlar. Eybi, yox, nə edirlər etsinlər, təki bu işlərdən bir amma çıxmasın. Hər şey rayon üçün yaxşı olsun. Biz də eşidib bundan feyziyab olaq və fikirlərimizdən qara-qura söhbətləri kənar edək.




     
    Həsənağaшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:25 Masallıda "Məkr və Məhəbbət" əsəri nümayiş olundu
    2. 20:21 Rayon rəhbəri İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    3. 20:16 Rayon rəhbəri Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    4. 20:14 Rayon rəhbəri Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    5. 20:07 Rayon rəhbəri Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyevin adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    6. 16:40 “Heydər Əliyev xatirələrdə”mövzusunda səyyar sərgi
    7. 13:13 Masallıda “LevelUP” karyera inkişafı forumu
    8. 13:11 “Heydər Əliyev irsi gənclərin gözü ilə” təqdimat müsabiqəsi 
    9. 13:10 “Heydər Əliyev və qlobal liderlik: beynəlxalq arenada Azərbaycanın yeri” mövzusunda dəyirmi masa təşkil olunub
    10. 18:56 Rayon rəhbəri Qızılağac kəndində I Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına məktəbə gedən yola döşənmiş asfalt örtüyünə baxış keçirib
    11. 18:51 Rayon rəhbəri Göyəçöl kəndində I Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun adını daşıyan küçədə aparılan asfaltlanma işlərinə baxış keçirib
    12. 17:38 Qızılağac kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Sübhan Xəlilov adına 1 saylı tam orta məktəbinə gedən küçəyə asfalt örtüyü döşənmişdir
    13. 17:35 Əminli kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Mehti Abbasov küçəsinə asfalt örtüyü döşənmişdir
    14. 17:32 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Nicat Həsənovun ailəsi yaşayan küçəyə asfalt örtüyü döşənmişdir
    15. 17:28 Göyəçöl kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Elşad İsayev küçəsinə asfalt örtüyü döşənmişdir
    16. 17:26 İmanlı kəndində Vətən Müharibəsi şəhidi Məhəmməd Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    17. 17:24 Çaxırlı kəndində Vətən Müharibəsi şəhidi Ağamalı Ağayev küçəsinə asfalt örtüyü döşənmişdir
    18. 17:20 Şərəfə kəndində Vətən Müharibəsi şəhidi Ramazan Vəliyev küçəsinə asfalt örtüyü döşənmişdir
    19. 13:11 Şəhid Sübhan Həsənovun şəhadətinin 5-ci ildönümü anıldı
    20. 20:25 Masallıda kitab təqdimatı – “Nəsillərin görüşü və ya düşüncələr körpüsündə”
    21. 23:00 Rusiyanın ən yaxşı cərrahı Masallıdandır
    22. 17:31 Hişkədərə kənd ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    23. 10:19 Masallıda rayon rəhbərinin 04 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    24. 18:18 Masallıda “Beynəlxalq Əlillər Günü” münasibətilə bir qrup əlil evində ziyarət olundu
    25. 17:37 Masallı şəhərində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    26. 17:30 Masallıda rayon rəhbəri şəhər sakinləri ilə görüş keçirdi
    27. 16:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 02.12.2025
    28. 19:09 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:54 Masallıda yollar əsaslı və cari təmir olunur: noyabr 2025
    30. 16:53 Masallıda şəhid ailələri və şəhid məzarlarını ziyarət: noyabr 2025-ci il
    31. 16:50 Masallıda şəhid adına görülmüş işlər: noyabr 2025-ci il
    32. 16:49 Masallıda qışa hazırlıqla bağlı su aparıcı kanallar təmizlənir: noyabr 2025
    33. 16:47 Masallıda elektrik təsərrüfatı və işıqlandırma: noyabr 2025-ci il
    34. 16:45 Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il
    35. 16:33 Masallıda 2025-cü ilin dekabr ayına olan səyyar-görüş qəbulları barədə
    36. 17:09 Masallıda Vətən Müharibəsi şəhidi Sübhan Həsənova həsr edilmiş “Dan yerinin sübhü” adlı kitabın təqdimat mərasimi 
    37. 17:01 Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı konsert 
    38. 10:10 Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
    39. 18:21 Masallıda rayon rəhbərinin 25 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 18:19 Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir 
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ