Zəngilan şəhəri – 20 oktyabr
- Bu gün, 08:36
- Maraqlı
- 0
- 10

Zəngilan rayonu Azərbaycanın cənub-qərbində, Araz çayı sahilində yerləşir. Tarixi, təbiəti və mədəni irsi ilə zəngin olan bu diyar da 1993-cü ildə işğal edilmiş, kənd və şəhərləri dağıdılmışdı.
Lakin 27 il sonra, 20 oktyabr 2020-ci ildə, Azərbaycan Ordusu Zəngilan şəhərini azad etdi. Bu hadisə Vətən müharibəsinin ən mühüm dönüş nöqtələrindən biri oldu.
Zəngilanın azad olunması ilə Azərbaycan dövlətinin suverenliyi bərpa olundu, eyni zamanda Cəbrayıl, Qubadlı və Laçın istiqamətində əməliyyatların uğurlu davamına yol açıldı.
Hazırda Zəngilan rayonu “Ağıllı şəhər və kənd” konsepsiyası ilə yenidən qurulur. Burada Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verilib, Ağalı “ağıllı kəndi” isə Qarabağda müasir yaşayışın simvoluna çevrilib.
Hər il 20 oktyabr – Zəngilan şəhəri günü qeyd olunur və bu tarix xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutur.
Füzuli və Zəngilanın azad olunması Azərbaycan tarixində əbədi qalacaq hadisələrdəndir.
Bu qələbələr Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqın birliyi nəticəsində əldə olunmuşdur.
Bu gün həmin torpaqlarda həyat yenidən canlanır, yeni məktəblər, yollar, evlər və mədəniyyət ocaqları qurulur.
17 və 20 oktyabr – təkcə qələbə deyil, həm də yenidən doğuşun, bərpa və inkişafın
Rafiq Cəbiyev,
Masallı rayon xəstəxanasının əməkdaşı
.