20 Noyabr – Ağdam Şəhəri Günü
- Bu gün, 15:06
- Maraqlı
- 0
- 6

20 Noyabr Ağdam şəhərinin işğaldan azad olunmasının və genişmiqyaslı bərpa-quruculuq işlərinin başlanmasının rəmzi kimi qeyd olunan mühüm tarixdir. Bu gün Ağdamın tarixi, mədəni və strateji əhəmiyyətini bir daha xatırladır, şəhərin müasir inkişaf mərhələsinə qədəm qoymasını nümayiş etdirir.
Ağdamın yenidən salınması, infrastrukturun bərpası, sosial layihələrin həyata keçirilməsi və şəhərin gələcək sakinləri üçün müasir yaşayış şəraitinin yaradılması dövlətimizin prioritet istiqamətlərindəndir.
Bu əlamətdar gündə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla anılır, qazilərimizə minnətdarlıq bildirilir.
Ağdamın tam bərpası və sürətli inkişafı ölkəmizin gücünü və iradəsini bir daha nümayiş etdirir.
Aytən Şükürova,
Masallı rayonu





























