Tarixi qələbəmizin memarı cənab İlham Əliyevdir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tarixi qələbəmizin memarı cənab İlham Əliyevdir

    Tarixi qələbəmizin memarı cənab İlham Əliyevdir



    Əsrlərlə yaşayacaq bir həqiqət var. Zəfər tariximizin, şanlı qələbəmizin,  bütün bu nailiyyətlərin, zəfərlərin mərkəzində dayanan əsas amili güclü sərkərdə - Ali Baş Komandan amili oldu.  Məhz cənab İlham Əliyevin bir siyasətçi və bir sərkərdə kimi peşəkarlığı, uzaqgörənliyi və çevik manevr qabiliyyəti ordumuzun, xalqımızın apardığı mübarizənin qələbə ilə başa çatmasını təmin etdi. İlham Əliyev çox böyük əzm, çox böyük qətiyyətlə xalqı və ordunu qələbəyə doğru apardı. Yekun zəfəri, həlledici qələbəni təmin etdi. Bu qələbəni diplomatik müstəvidə də davam və inkişaf etdirdi.  Bütün bunlar dünyanın, yerli və beynəlxalq ictimaiyyətin gözləri önündə baş verdi. Buna görə də Azərbaycan xalqı haqlı olaraq İlham Əliyevi öz tarixi qələbələrinin baş memarı hesab edir. Mən Xankəndi və digər tarixi ərazilərdimizdə Dövlət Bayrağımızın ucaldılması münasibəti ilə xalqımızı, ordumuzu və bizə bu sevinci bəxş edən Prezidentimizi təbrik edirəm. Hər bir Azərbaycan vətəndaşı kimi əminəm ki, Azərbaycan bayrağı o torpaqlarda sonsuza kimi dalğalanacaq, əbədi olaraq xalqımıza sevinc və qürur bəxş edəcək. Xankəndində şanlı Azərbaycan bayrağının dalğalanması isə tarixin bütün dönəmlərində verilən şəhid qanının alınması qədər qürurverici və sevinclidir. Bu başucalığını millətimizə həm də igid oğullarımız, qüdrətli ordumuz gətirdi. Dövlətimizin başçısı Xankəndi şəhərinin tarixi adını özünə qaytardı, orada da Azərbaycanın suverenliyini bərpa etdi. Nəhayət ötən il Xankəndidə Azərbaycanın rəsmi atributları yerləşdirildi, Dövlət Bayrağı qaldırıldı. Nəticədə müstəqil Azərbaycan öz tarixində ilk dəfə olaraq bütövləşdi, öz ərazisində suverenliyini tam təmin etdi. Bu baxımdan deyə bilərik ki, Prezident İlham Əliyevin Xankəndi şəhərinə səfər etməsi, burada Dövlət Bayrağını dalğalandırması ilə Azərbaycan tarixində yeni bir səhifə açıldı. Bu səhifənin ilk qeydlərini Prezident özü yazdı. Yeni tariximiz qalibiyyət, inkişaf, bacarıqlar üzərində quruldu. 

    Cənab Prezident çıxışında böyük iftixarla demişdir: “Xatırlayıram, o vaxt bəziləri sual verirdi: Nə üçün, nə üçün biz o vaxt - noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdik. Bu gün bax, burada durarkən bir daha bildirmək istəyirəm ki, biz hər şeyi vaxtında etməliyik və etmişik. Azərbaycan xalqının böyük əksəriyyəti o vaxt da - noyabrın 10-da və ondan sonrakı dövrdə çox yaxşı başa düşürdü ki, biz istədiyimizə nail olacağıq. İstədiyimiz isə bax, burada dalğalanan Azərbaycan Bayrağıdır. Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. 

    Prezident İlham Əliyevin Xankəndi şəhərində etdiyi çıxış, Azərbaycan xalqına ünvanladığı müraciət də orada Dövlət Bayrağımızın qaldırılması qədər əlamətdardır. Dövlətimizin başçısı bu çıxışında Qarabağda separatçı hərəkatın genişləndirilməsi, Ermənistanın işğalçılıq siyasətinə zəmin hazırlanması üçün istifadə olunmuş mexanizmlərə işıq saldı. Bu prosesə stimul vermiş daxili və xarici düşmənlərin kimliyini tanıtdı. Qeyd etdi ki, 1990-cı illərdə Ermənistanın arxasında dayanıb onu Azərbaycan torpaqlarını işğal etməyə cəsarətləndirən dövlətlər bu gün də ölkəmizlə düşmənçilik, rəsmi İrəvanla dostluq edirlər. Azərbaycan Prezidentinin Xankəndidə söylədiyi nitq bütövlükdə bu cür tezislərlə zəngindir. Eyni zamanda, bu nitq Azərbaycan xalqına dostu ilə düşmənini fərqləndirə bilmək üçün istiqamət verir.

                                                                                                     

    Akif Həmidov,
    Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi 

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ