Uzaqgörən və güclü iradəyə malik olan Prezidentimiz » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Uzaqgörən və güclü iradəyə malik olan Prezidentimiz

    Uzaqgörən və güclü iradəyə malik olan Prezidentimiz


     

             
    Azərbaycanın prezidenti cənab  İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan görkəmli və müasir dövlət xadimidir. İndi Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur.     “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”. Möhtərəm Prezidentimiz  bu andı 21 öncə içib. Həyatıboyu onun Azərbaycanın adı və yüksəlişi uğurunda  göstərdiyi  fəaliyyəti göz önündədir. Möhtərəm Prezident cənab  İlham Əliyevin fəaliyyəti bu anda sadiqliyinin bariz nümunəsidir.Həm də əsas amillərdən biri olaraq Prezident İlham Əliyev öncə müstəqil Azərbaycanın yaradıcısı,dahi şəxsiyyət  Ulu öndər Heydər Əliyevin layiqli davamçısı və varisidir. 

    Heydər Əliyevin qurduğu konsepsiyanın uğurlu davamını 2003-cü ildən sonra Prezident İlham Əliyev həyata keçirməyə başlayıb.Prezident İlham Əliyev Azərbaycan adlı yükün altına girmək məsuliyyətinin davamçısı olduğunu anlayaraq ölkəmizin uğurları üçün yorulmadan fəaliyyət aparır. Xarici siyasətimiz qarşısında hücum strategiyasını müəyyən edən Möhtərəm Prezidentimiz diplomatiyamız tərəfindən erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində Azərbaycan diplomatları qarşısında ciddi tapşırıqlar qoyub. Dövlət başçısı Dağlıq Qarabağ tənzimlənməsində yeni mərhələ yaradıb. İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin əsas strateji prioritetləri olmuşdur.Ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilmiş, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunmuşdur. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilmişdir. İqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxmış, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olmuşdur. 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən başlamış pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratmışdır. Bütün bunlara baxmayaraq, çevik və effektiv iqtisadi idarəetmə hesabına ölkədə iqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunmuşdur.

    Aparılan uğurlu məqsədyönlü siyasət nəticəsində qeyri-neft sektorunda özəl sektorun İqtisadiyyatda kiçik və orta biznesin dominantlığı xeyli yüksəlmişdir. Xüsusilə dövlət investisiyaları hesabına yaradılmış müasir iqtisadi infrastruktur kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmişdir.Ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı inkişaf etdirilmişdir. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl genişmiqyaslı dövlət proqramları həyata keçirilmişdir.Ölkədə yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı dövlət sosial yardımı genişləndirilmiş, aztəminatlı ailələrin təminatı daha da gücləndirilmişdir. 

    Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına,tarixi faktlar və dəlillərlə cavablandırmışdır.

    Azərbaycan 44 gündə  tarixi  Zəfərə imza atdı. Bundan üç il sonra həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində  suverenliyini tam bərpa etdi və bununla da Cənubi Qafqazda yaratdığı yeni  reallıqlarla dünyanın diqqətində oldu. Yeni dövrə qədəm qoyan Azərbaycanın  xarici siyasət uğurları biri-birini əvəzləyir. Azərbaycanın istər qonşu, istər Avropa, istərsə də Mərkəzi Asiya ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Bunu qarşılıqlı səfərlərlə yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud Prezdient İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlər də təsdiqləyir. Azərbaycanın artan nüfuzu, Prezident İlham Əliyevə göstərilən etimad əlaqələrin yüksələn xətlə, yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. 2024-cü ildə Azərbaycan dünyanın ən mühüm beynəlxalq tədbirlərindən biri olan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransı – COP29-a ev sahibliyi etdi. Tədbir çox böyük uğurla keçirildi və Azərbaycanın qlobal miqyasda mühüm rol oynayan, məsuliyyətli və nüfuzlu bir ölkə olduğunu bir daha sübuta yetirdi. Həqiqətən də Azərbaycan ekoloji dayanıqlılığa verdiyi töhfələrlə, gerçəkləşdirdiyi genişmiqyaslı layihələrlə böyük işlər görən qüdrətli bir dövlətdir. Bakı, dünya liderlərini bir araya gətirərək iqlim problemlərinin həll yollarını tapmaq üçün qlobal platformaya çevrildi, Azərbaycanın diplomatik, təşkilati və strateji potensialını bir daha nümayiş etdirdi.
    Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya miqyasında xüsusi əhəmiyyətə malik ölkəyə çevrilib. Azərbaycan müstəqil, prinsipial mövqe ortaya qoyduğu, beynəlxalq hüquqa hörmət etdiyi üçün dünya dövlətlərinin etimadını qazanıb. Uzun illər boyu xəritədə kiçik bir məkan kimi diqqətdən kənarda qalan Azərbaycan bu gün beynəlxalq arenada öz sözünü deyən, regional lider kimi qəbul olunan, dünya miqyasında sayılıb-seçilən bir ölkəyə çevrilib. 

     Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi və gərgin əməyi ilə Azərbaycanın son 10 ildə böyük inkişaf yolu keçdiyini, bütün sahələrdə uğur qazandığını söyləməyə əsas verir. Bu uğurların arxasında güclü iradə, xalq-iqtidar birliyi, düşünülmüş uzaqgörən siyasət durur.

            
    Allah Möhtərəm Prezidentimizi və xalqımızı qorusun!

     

     
    Əntiqə Tağıyeva,
    “Əməkdar mədəniyyət İşçisi”, YAP-nın fəal üzvü    


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:18 Rayonun Böyük Kolatan şəhid Əli Quliyevin şəhadətinin 6-cı ildönümü anıldı
    2. 12:17 Masallıda kənd təsərrüfatı, balıqçılıq, akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafı mövzusunda tədbir
    3. 12:16 Masallı Rayon İcra Hakimiyyəti başçsının 29.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    4. 10:54 Masallıda 2026-cı ilin noyabr ayına olan səyyar-görüş qəbulları
    5. 19:35 “MASALLI MARAFONU – 2026” YARIMARAFON YARIŞINA DƏVƏTLİSİNİZ!
    6. 19:30 Rayonun Ərkivan qəsəbəsində Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
    7. 19:48 Masallıda heyvan sağlamlığının qorunması sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu
    8. 10:57 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:27 Masallı Gənclər Evi Sosial Xidmət Müəssisəsində 21.10.2026-cı il tarixdə narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirici tədbir
    10. 16:24 Rayonun Çaxırlı kəndində şəhid Ağamalı Ağayevin şəhadətinin 6-cı ildönümü anıldı
    11. 16:24 Rayonun Ərkivan qəsəbəsində şəhid Famil Əlizadənin şəhadətinin 6-cı ildönümü anıldı
    12. 16:22 Rayon rəhbəri Səmədxanlı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.10.2026
    13. 16:19 Rayon rəhbəri 21 oktyabr 2026-cı il tarixdə İkinci Səmədxanlı kəndində səyyar qəbul keçirib
    14. 22:55 Masallıda “Vətənpərvər Azərbaycan gəncliyi: Sağlam gənclik, Sağlam gələcək!” mövzusunda tədbir
    15. 22:51 Masallıda çağırışçılar müddətli həqiqi hərbi xidmətə xüsusi mərasimlə yola salındı
    16. 12:01 Azərbaycan Prezidentinə yazırlar
    17. 23:58 Rayonun Xıl kəndində şəhid Elgün Mikayıllının şəhadətinin 6-cı ildönümü anıldı
    18. 23:00 Rayonun Qarğalıq kəndində şəhid Elvin Əzizovun şəhadətinin 6-cı ildönümü anıldı
    19. 16:57 Masallıda “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr”ə həsr olunmuş müşavirə
    20. 16:52 Rayonun Kürdəbazlı kəndində şəhid Gülşad Xəlilovun şəhadətinin 6-cı ildönümü anıldı
    21. 16:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 15.10.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    22. 12:05 Azərbaycan Prezidentinə yazırlar
    23. 12:04 Azərbaycan Prezidentinə yazırlar
    24. 17:08 Rayonun Təzə Alvadı kəndində şəhid Sənan Səlimovun şəhadətinin 6-cı ildönümü anıldı
    25. 17:04 Rayon rəhbəri Musaküçə kəndində asfaltlanma işləri ilə tanış olub
    26. 17:01 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.10.2026
    27. 16:58 Rayon rəhbəri 14 oktyabr 2026-cı il tarixdə Məmmədxanlı kəndində səyyar qəbul keçirib
    28. 10:10 Azərbaycan Prezidentinə yazırlar
    29. 10:08 UNUDULMUR...
    30. 11:52 Azərbaycan Prezidentinə yazırlar
    31. 11:51 Azərbaycan Prezidentinə yazırlar
    32. 11:41 Siyasi tərəfdaşlıqdan iqtisadi nəticələrə doğru
    33. 09:21 Azərbaycan və Mərkəzi Asiya: Ortaq tarix, birgə gələcək
    34. 18:43 Rayonun Banbaşı kəndində şəhid Elmir Akifzadənin şəhadətinin 6-cı ildönümü anıldı
    35. 16:42 Masallı rayonunun Hişkədərə kəndində şəhid İbrahim Lələyevin şəhadətinin 6-cı ildönümü anıldı
    36. 16:46 “PeşəFest-2026” - Masallıda
    37. 16:44 Rayonun Ərəb kəndində şəhid Cəbrayıl Qasımovun şəhadətinin 6-cı ildönümü anıldı
    38. 08:43 MÜHÜM VƏZİFƏLƏR
    39. 16:21 Rayonun Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun doğum günü qeyd olunub
    40. 16:19 Rayonun Güllütəpə kəndində şəhid Şəmsəddin Təhməzovun şəhadətinin 6-cı ildönümü anıldı
    «    Oktyabr 2026    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ