Heydər Əliyevin  Azərbaycan dilinə verdiyi dəyər » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Heydər Əliyevin  Azərbaycan dilinə verdiyi dəyər

    Heydər Əliyevin  Azərbaycan dilinə verdiyi dəyər

     

    Dil mədəniyyətin bünövrəsidir, çünki dilin köməyi ilə ünsiyyət qurulur, mədəni normalar müəyyən edilir, bir sözlə, onsuz insanın cəmiyyətdə həyatı mümkün deyil. Məhz dilin sayəsində mədəniyyətlər nəsildən-nəslə ötürülür və uşaqlar öz ana dillərini mənimsəyərək əvvəlki nəsillərin ümumiləşdirilmiş təcrübəsini də mənimsəyirlər. Dil obyektləri, hadisələri və onların əlaqəsini düzgün qiymətləndirməyə kömək edir, insan fəaliyyətinin təşkili və əlaqələndirilməsini şərtləndirir. Eyni zamanda dil təfəkkürə və mədəniyyətə münasibətdə müəyyənedici vasitə olaraq dünyanın spesifik mədəni simasını dərk edən insanın şəxsiyyətini formalaşdıran amildir. 

       Hər bir xalqın, hər bir millətin var olmasının ən başlıca səbəbi özünəməxsus dilinin olmasıdır. Biz də fəxrlə deyə bilərik ki, bir xalq, bir toplum kimi zamanın bütün sınaqlarından ləyaqətlə keçərək dilimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxara bilmişik. Şükürlər olsun ki, dərin tarixi kökləri olan dilimiz, mədəniyyətimiz və öz tariximiz var.

      Son dövrlərdə isə bizim milli kimliyimizi təsbit edən dilimizə ən böyük və dəyərli qiyməti Heydər Əliyev vermişdir. Dahi şəxsiyyət çıxışlarının birində belə söyləyib 

     "Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik" 

    Azərbaycan dilini yaxşı bilən, bu dilin zəngin lüğət tərkibinə dərindən bələd olan və qrammmatik imkanlarından istedadla istifadə etməyi bacaran Ulu Öndər 1969-cu ildə  Bakı Dövlət Universitetinin 50 illiyinə həsr olunmuş yubiley toplantısında ana dilində parlaq nitq söyləmişdi. Bu hadisə o zaman respublikanın hər yerində böyük əks-səda yaratmışdı. Xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonunda Azərbaycana rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib. Tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsi, bir tərəfdən onların xalq qarşısında, millət qarşısında xidmətlərinə verilən qiymətdir. Digər tərəfdən isə, xalqın, millətin zənginliyini nümayiş etdirir. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli tədqiqat işləri aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb.

    Azərbaycan dilinin inkişafından, qorunmasından danışarkən Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi zamanı dil məsələsinə necə həssaslıqla yanaşmasının bir daha şahidi olduq. Məhz Konstitusiyanın dillə bağlı maddəsinin televiziya ekranlarından canlı yayımda ziyalıların iştirakı ilə müzakirə edilməsi də bunun bariz nümunəsi idi. Demokratik düşüncəyə malik böyük dövlət adamı Heydər Əliyev Konstitusiyanın həmin maddəsini müzakirə edərkən öz fikrini sonda deyəcəyini, heç kimi təsir altına salmaq istəmədiyini bildirir və ziyalılara öz düşüncələrini müstəqil ifadə etmək üçün şərait yaratdı. Müzakirələr zamanı dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü.

    Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Əsas qanunumuz qəbul edildikdən sonra bu sahədə məqsədyönlü strateji siyasət özünü göstərdi. Dövlət başçısı ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayaraq bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə nail oldu. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır.

    İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən fərmanla həmçinin Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Qanunvericilik bazasının möhkəmləndirilməsi baxımından çox mühüm addımlar atılmaqla bərabər dilimizin daha da inkişaf etdirilməsi və gənc nəslə sevdirilməsi ilə bağlı tədbirlər sırasında Ulu Öndəinr 9 avqust 2001-ci il tarixli fərmanı ilə Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsini qeyd edə bilərik.

    Aqillər deyib ki, xalqın, millətin nəyini əlindən alırsansa al, o, yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, yox olar. Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil - millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur. Dilimizi və xalqımızı qorumaq bizlərin mənəvi borcumuzdur.

     



    Dilgüşə Məmmədova,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyi 


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:19 Azərbaycan Prezidentinə yazırlar
    2. 14:59 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 23.12.2025
    3. 16:28 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm və əlamətdar mərhələ təşkil edir
    4. 16:24 İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətinin inkişafında və möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir
    5. 11:20 Prezident İlham Əliyevin Fəaliyyəti: Güclü Liderlik, Tarixi Zəfər və Davamlı İnkişaf Yolu
    6. 11:31 Suverenliyin Tam Bərqərarı: İlham Əliyevin Dövlətçilik Strategiyasının Zəfər Zirvəsi
    7. 22:03 Masallıda “Ümumrayon valideyn konfransı” təşkil olunub
    8. 20:14 Masallıda “Mübahisələrin alternativ həlli olaraq mediasiyanın tətbiqi və onun üstünlükləri” mövzusunda maarifləndirici tədbir
    9. 20:12 Ə. Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    10. 19:57 Prezident İlham Əliyevin amnistiya təşəbbüsü
    11. 19:52 Cənab Prezidentin amnistiya təşəbbüsü
    12. 11:41 Mənalı ömrün işığında
    13. 08:28 Masallıda rayon rəhbərinin 18 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    14. 15:26 Rayon rəhbəri Qızılağac ərazisində şəhid məzarlarını ziyarət etdi 17.12.2025
    15. 15:22 Masallının Qızılağac kəndində 17 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    16. 17:24 Azərbaycan Prezidentinə yazırlar
    17. 15:36 Masallıda “Uşaq hüquqlarımızı bilək!” mövzusunda maarifləndirici görüş 
    18. 15:31 Masallıda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı qeyd olundu
    19. 10:29 Azərbaycan Prezidentinə yazırlar
    20. 16:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 dekabr 2025-ci il
    21. 16:28 Masallıda 01-15 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    22. 16:25 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 dekabr 2025
    23. 16:22 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 dekabr 2025
    24. 16:15 Şəhid Balaqardaş Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    25. 10:57 Azərbaycanın Milli Qəhrəmanı Əlyar Əliyevin məzarını ziyarət etmək arzusu...
    26. 10:40 Tanınmış həkim Vaqif Əhmədovun 85 illiyi qeyd olunub
    27. 15:57 Rayon rəhbəri Böyük Kolatan kəndində fermer Fikrət Məmmədova məxsus əkin sahəsinə baxış keçirdi
    28. 15:54 Ümummilli Lider Heydər Əliyevin vəfatının 22-ci il dönümü ilə əlaqədar ehsan süfrəsi
    29. 15:50 Masallıda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “İz” filmi nümayiş olundu
    30. 15:47 Masallıda Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci il dönümü anıldı
    31. 12:43 Göyəçöl kənd tam orta məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    32. 15:58 Masallıda “Yaşıllıqların mühafizəsi və tullantıların idarə olunması” mövzusunda seminar 
    33. 15:43 Masallı rayonu ərazisində bir qrup imtiyazlı ahıl evində ziyarət edildi
    34. 15:37 Masallıda rayon rəhbərinin 11 dekabr 2025-ci il tarixli vətəndaş qəbulu
    35. 15:33 Azərbaycan Prezidentinə yazırlar
    36. 15:29 Azərbaycan Prezidentinə yazırlar
    37. 16:53 Masallıda uzunluğu 6 km olan Boradigah çayının lildən təmizlənməsi işləri yekunlaşıb
    38. 16:51 Rayon rəhbəri Mahmudavar ərazisində şəhid məzarlarını ziyarət etdi 10.12.2025
    39. 16:47 Masallının Mahmudavar kəndində 10 dekabr 2025-ci il tarixdə səyyar qəbul
    40. 14:45 Masallıda muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ