Azərbaycan Prezidentinə yazırlar
- Bu gün, 12:04
- Maraqlı
- 0
- 16

Möhtərəm cənab Prezident,
Müasir müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin ideyalarının təntənəsini nümayiş etdirən Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yüksək səviyyədə keçirilməsi münasibətilə Sizi və partiyanın bütün üzvlərini səmimi qəlbdən təbrik edirik.
Sizin müdrik rəhbərliyiniz altında Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında aparıcı qüvvə olaraq Azərbaycanın zəfərlərinə, hərtərəfli və parlaq gələcəyə doğru inamlı irəliləməsinə misilsiz töhfələr verir.
Qurultayda qəbul olunan qərarlar və müəyyənləşdirilən strateji hədəflər dövlətimizin qüdrətlənməsi və xalqımızın rifahı naminə yeni uğurların təməlini qoyur.
Sizə möhkəm cansağlığı, şərəfli fəaliyyətinizdə yeni və böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Hüseynova Dilarə,
Fərziyev Əfrail,
Əlirzayeva Lətafət,
Tağıyeva Əntiqə,
Əliyev Cəlal.
Azərbaycan Respublikası, Masallı rayonu.





























