• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Vətənin ölməz oğulları...

    Vətənin ölməz oğulları...


    Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Vətənin ölməz oğulları” adlı layihəyə start verildi.

    Yanvarın 26-da Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyası və “Ümidim Sənsən” Sosial İnkişafa Yardım İctimai birliyin birgə təşkilatçılığı ilə Birinci Qarabağ və 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının tanıdılması , onlarla bağlı məlumatların əldə edilməsi məqsədilə “Vətənin ölməz oğulları” başlıqlı layihə çərçivəsində keçiriləcək tədbirlərə start verildi. Karantin rejimi qaydalarına riayət olunmaqla keçirilən tədbirdə Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Dövlət Rəsm Qalereyasının kollektivi ,”Ümidim Sənsən” İctimai birliyin nümayəndəsi Fidan Abbasova, MKS-in işçiləri, şəhid valideynləri , qazilər , Masallı şəhər 2 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdilər.

    Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva torpaqlarımız uğrunda canından keçərək şəhid olmuş və eləcədə o ağır döyüşlərin şahidi olan müharibə iştirakçılarının tanıdılması ,təbliği işində “Vətənin ölməz oğulları” layihəsinin keçirilmə məqsədindən və bu layihə çərçivəsində il boyu həyata keçiriləcək silsilə tədbirlər haqda geniş məlumat verdi. O, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsindən, Vətən müharibəsi nəticəsində işğal olunmuş torpaqların azad edilməsinin tarixi əhəmiyyətindən danışdı.

    Sonra muzeyin əməkdaşı Dilgüşə Məmmədova rayonumuzda yanvar ayında doğulmuş Birinci Qarabağ , Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan oğulların həyat və şərəfli döyüş yolundan məruzə etdi. Hər bir millətin güvən yerinin onun ordusu və bu orduda ləyaqətlə xidmət edən mərd oğulların olduğunu məruzəsində qeyd edən D. Məmmədova şəhid xatirələrinin hər zaman ehtiramla yad etməyə borclu olduğumuzu dedi.

    Daha sonra çıxış üçün söz alan Fidan Abbaslı Azərbaycan xalqının şücaəti və igidliyi ilə adını ölkəmizin müstəqillik tarixinə yazdıran vətən oğulları ilə hər zaman fəxr etdiyini bildirdi. F. Abbaslı çıxışında Vətən qəhrəmanlarını şərəf və qeyrət simvolu olaraq xatırlanıb gənc nəslə nümunə kimi təqdim edilməsinin bir sıra vacib məqamlarından danışdı.

    Qalereyanın direktor əvəzi Təhmasib Məcidov isə Azərbaycanın Prezidenti İlham Əliyevin və rəşadətli əsgərlərin qətiyyəti sayəsində torpaqların düşmən işğalından azad edilməsi ölkəmizin həyatında yeni inkişaf dövrünün əsasını qoyduğunu çıxışında xüsusi vurğuladı. O, Vətən üçün, bizlər üçün canından keçən oğulların yaşadılması işinin icrasını hər bir Azərbaycan vətəndaşı özünə mənəvi borc bilməlidir dedi.

    Şəhid anası övlad, oğul itgisi nə qədər ağır dərd olsa belə onu qəlbində daşıyıb , özünü bütün şəhidlərin anası və hər bir şəhidi öz doğma balası bilib onlarla qürur duyaraq , fəxr etdiyini söylədi.

    Çıxışlardan sonra Masallı şəhər 2 saylı tam orta məktəbin şagirdləri şəhidlərin xatirəsinə həsr olunan Ədəbi-bədii kompozisiyası təqdim etdilər.

    Tədbirin sonunda şəhid valideynlərinə tədbir təşkilatçıları tərəfindən Vətən uğrunda öz borcunu ləyaqətlə yerinə yetirən övlad böyütdüklərinə görə minnətdarlıq əlaməti olaraq Təşəkkürnamələr təqdim olundu. Tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkildi.



    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:53 Rayon rəhbəri Şəhidlər Abidə Kompleksinə baxış keçirib
    2. 18:50 Rayonun Mahmudavar-Mololon yolu cari təmir edilir
    3. 18:48 Mahmudavar kəndində şəhid küçəsinə asfalt örtüyü döşənir
    4. 18:46 Masallının Xırmandalı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    5. 18:43 Masallının Xırmandalı kəndində 23 may 2025-ci il tarixdə səyyar qəbul
    6. 14:33 Energetika sahəsində uğurlu əməkdaşlıq
    7. 23:30 Cənab Prezident İlham Əliyevin Budapeştdəki çıxışı, Azərbaycanın regional siyasətdə yalnız iştirakçı deyil, təşəbbüskar və format qurucu bir aktora çevrildiyini göstərir.
    8. 17:44 Masallıda “Zərərli vərdişlər və erkən nikahın fəsadları” mövzusunda konfrans
    9. 15:33 Azərbaycan və Macarıstan arasında geniş dostluq və tərəfdaşlıq münasibətləri
    10. 15:31 Şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    11. 15:30 Masallıda rayon rəhbərinin 22 may 2025-ci il tarixli vətəndaş qəbulu
    12. 06:39 Şəhid qardaşların ev-muzeyi ziyarət edildi
    13. 23:30 Masallının Şatıroba kəndində 21 may 2025-ci il tarixdə səyyar qəbul
    14. 23:30 Rayonun Dəmirçi kəndində ipəkqurdunun saxlanma şəraitinə baxış
    15. 23:30 Yeni bir reallıqda ümumi maneələrə müştərək yanaşma və addımların konsolidasiyasi həm Macarıstan, həm də Azərbaycan üçün olduqca vacibdir
    16. 23:00 Masallının Türkoba ərazisində şəhid məzarları ziyarət olundu
    17. 14:59 Masallının yollarında təmir işləri davam etdirilir 01-20 may 2025
    18. 14:08 Masallıda 01-20 may 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    19. 14:05 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-20 may 2025-ci il
    20. 14:02 Masallıda abadlıq və xeyriyyə işləri 01-20 may 2025
    21. 17:08 Yeni Zuvand kəndində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    22. 19:11 Masallıda barama mövsümünə start verildi
    23. 23:40 Masallıda “18 May Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar tədbir
    24. 19:27 Masallıda “Beynəlxalq Ailə Günü” bukletləri paylanıldı
    25. 19:22 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid qardaşların ev-muzeyini ziyarət etdi
    26. 19:18 Masallıda iqtisadiyyatda işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb - Statistika
    27. 22:38 Şəhid Anar Novruzovun xatirəsi anıldı
    28. 21:11 Masallıda “Arşın mal alan” tamaşası
    29. 20:57 Masallıda rayon rəhbərinin 15 may 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 15:35 Masallının Güllütəpə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    31. 15:21 Masallının Yeni Zuvand kəndində rayon rəhbərinin 14 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    32. 20:35 Xıl kəndində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    33. 18:30 Masallıda rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi
    34. 18:27 Tütün ilə mübarizə və sağlam həyat tərzinin təşviqi” adlı tədbir
    35. 15:10 Azərbaycan-Vyetnam əlaqələrinin tarixi yarım əsrdən çoxdur  
    36. 12:08 Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası
    37. 08:17 Masallı Mərkəziləşdirilmiş Kitabxana Sistemində silsilə tədbirlər   
    38. 23:30 Yeni əməkdaşlıq imkanlarının mövcudluğu
    39. 22:30 Əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi
    40. 17:52 Sağlam məktəbli...           
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ