• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda "Bir şəhid, bir şahid" adlı tamaşa nümayiş olunub

    Masallıda "Bir şəhid, bir şahid" adlı tamaşa nümayiş olunub


    Masallıda Nurlan və İntiqam Əsgərli şəhid qardaşlarına ithaf olunmuş tamaşa nümayiş olunub
    05 aprel 2022-ci il tarixdə Masallı Xalq teatrında Aprel döyüşlərinin altıncı ildönümü ilə əlaqədar "Bir şəhid, bir şahid" adlı tamaşa nümayiş olunub.

    Masallı Xalq teatrı və Masallı Dövlət Regional Kolleci kollektivlərinin iştirakı ilə səhnəyə qoyulan tamaşada Aprel döyüşləri şəhidi Nurlan və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli qardaşlarının obrazları yaradılaraq döyüş şücaətləri tərənnüm olub. N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində reallaşan nümayişdə rayon rəsmiləri, şəhid doğmaları, media işçiləri mədəniyyət işçiləri və digər ictimaiyyət nümayəndələri iştirak edib.

    Yazıçı-publisist Nurəddin Ədiloğlunun pyesi əsasında səhnələşdirilən tamaşanın nümayişindən əvvəl şəhid qardaşların xatirələri ehtiramla yad olunub.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən "Yeni həyat" qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, sonra şəhid qardaşların həyatı və döyüş yolu barədə çıxışlar edilib, Aprel döyüşlərində əldə edilmiş qələbənin hərbi-siyasi və strateji əhəmiyyətindən söz açılıb. Daha sonra "Bir şəhid, bir şahid" tamaşası oynanılıb.

    Tamaşada Aprel döyüşləri, həmçinin Vətən müharibəsində qazanılan tarixi Zəfəri əks etdirən səhnələrə yer verilib, ordumuzun əsgər və zabitlərinin igidliyi obrazlı şəkildə ifadə olunub. Eyni zamanda, Aprel döyüşləri şəhidi Nurlan və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin igidliyindən bəhs edən monoloqlar deyilib, şeir kompozisiyaları səsləndirilib.

    Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin dəstəyi ilə hazırlanan tamaşanın rejissoru Cəmaləddin Əliyev, səhnə və musiqi tərtibatçıları isə Elsevər Əliyev və Ruslan Zahidovdur.








    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    4. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    5. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    6. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    7. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    8. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    9. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    10. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    11. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    12. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    13. 12:28 Vətənə xidmətdə keçən ömür
    14. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    15. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    16. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    17. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    21. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    22. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    23. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    24. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    25. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    26. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    27. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    28. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    29. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    30. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    31. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    32. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    33. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    34. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    35. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    36. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    37. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    38. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    39. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    40. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ