• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » İnsan amili dövlətimizin siyasətinin əsasını təşkil edir

    İnsan amili dövlətimizin siyasətinin əsasını təşkil edir


    Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu atdığı hər addımında özünü təsdiqləyir.

    İki ildən artıqdır dünyanı cənginə alan koronavirus infeksiyası ilə  bağlı Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər təqdir edilir. Mübarizə tədbirlərinin başlandığı ilk günlərə diqqət yetirsək görərik ki, hətta dünyanın inkişaf etmiş ölkələri belə özünəqapanma yolunu tutaraq  mübarizə tədbirləri ilə bağlı təkliflərinin olmadığı qənaətini yaratdılar. Amma Azərbaycan bu çağırışı etdi ki, qlobal problemə qarşı birgə mübarizənin aparılması, səylərin birləşdirilməsi vacibdir. Özünəqapanmaq yox, hər bir ölkə bununla bağlı öz təkliflərini verməli,  bu bəladan xilas olmaq üçün səylər göstərməlidir.

    Bir mühüm məqamı da nəzərə alaq ki, COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin daha da dərinlişdiyi bir zamanda Azərbaycan 44 günlük Vətən müharibəsini yaşadı. 2020-ci ilin  sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi noyabrın 10-da dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində  hərbi-siyasi Qələbəmizin və  Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Tarixi Zəfərimiz, eyni zamanda,  Azərbaycan xalqının məğrurluğunu, yenilməzliyini, birliyini bir daha dünyaya nümayiş etdirdi.  Bu birliyi, həmrəyliyi xalqımız koronavirus infeksiyasına qarşı mübarizədə də nümayiş etdirir. Mübarizənin əsas devizi olan «Biz birlikdə güclüyük!»  deyilənlərin təsdiqidir.

    Dövlət başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  COVID-19 pandemiyasına qarşı  mübarizə ilə bağlı xalqa müraciətlərinə diqqət yetirdikdə birliyə, həmrəyliyə edilən çağırışların əsas yer tutduğunu görərik. Mehriban xanım Əliyeva COVID-19 qorxulu hekayənin başa çatacağına inam ifad etməklə  yanaşı, bu əminliyi də diqqətə çatırırdı ki,  müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.

    İlk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edən Azərbaycanın daxildə həyata keçirdiyi tədbirlər  belə bir proqnozun səsləndirilməsinə səbəb oldu ki, ölkəmiz  bu bəladan az itki ilə çıxacaq. Bu gün dünya dövlətləri ilə müqayisəli təhlil fonunda həmin proqnozun özünü doğrultduğunu böyük əminliklə qeyd edə bilərik. Dövlət başçısı İlham Əliyev insanların sağlamlığının prioritetliyini önə çəkərək səhiyyə sisteminin daha da təkmilləşdirilməsinə, mübarizə tədbirlərinin əsas tərkib hissəsi olan vaksinasiya prosesinin həyata keçirilməsinə xüsusi diqqət göstərdi ki, bu gün atılan addımların uğurlu nəticələrini görürük.

    Azərbaycanın  mübarizə tədbirləri ilə bağlı təşəbbüslərinin beynəlxalq dəstək qazanmasında da dövlətimizin qətiyyəti, dövlət başçısı İlham Əliyevin nüfuzu, ona göstərilən etimad mühüm rol oynayır. Ölkə Prezidentinin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirildi. Hər bir tədbir səylərin birləşdirilməsinə, birlik, həmrəylik çağırışlarına böyük töhfə oldu.

    Bu günlərdə BMT Baş Assambleyası sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrdə Prezident İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının Sədri kimi Hərəkata üzv dövlətlər adından təqdim olunan videoformatda çıxışı da Azərbaycana olan inamın, dövlətimizin artan nüfuzunun, siyasi çəkisinin təqdimatı oldu. 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatına üzv dövlətlərin adından çıxış etməkdən məmnunluq hissi keçirdiyini bildirən dövlət başçısı İlham Əliyev digər çıxışlarında olduğu kimi, bu dəfə də “peyvənd millətçiliyi”nə qarşı növbəti çağırışını etdi. “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib” söyləyərək “peyvənd millətçiliyi”nə qarşı mübarizədə ədalət prinsiplərinin qorunmasına, bütün insanlara eyni dərəcədə  yanaşılmasına, insanlar arasında qeyri-bərabərliyin  aradan qaldırılmasına tərəfdar olduğunu bildirən dövlət başçısının  təşəbbüsü əsasında  hazırlanan qətnamənin 171 ölkə tərəfindən qəbul edilməsi də Azərbaycan nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev çıxışında bu staistikaya da diqqəti yönəltmişdir ki,  ölkəmizdə yetkin əhalinin 68 faizi peyvəndin hər iki dozası ilə təmin olunub. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı,  Azərbaycan  5 ölkəyə peyvənd ianəsi edib  və bu iş davam etdiriləcək.

    Göründüyü kimi, Azərbaycan hər bir məsələnin həllində ədalət prinsipinin qorunmasını öndə saxlayır. Ən əsası insan amili dövlətimizin siyasətinin əsasını təşkil etdiyi, eyni zamanda, koronavirus infeksiyası ilə mübarizə insan sağlamlığı ilə əlaqədar olduğu üçün Azərbaycan Prezidenti İlham Əliyev bu bəladan bütün dünyanın tezliklə  və az itki ilə çıxması üçün səylərini artırır və birliyin, həmrəyliyin vacibliyinə çağırışlar edir. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, irəli sürülən təşəbbüslərin dəstəklənməsində təşəbbüskar dövlətin, həmin ölkənin Prezidentinin nüfuzu əsas rol oynayır. Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu atdığı hər addımında özünü təsdiqləyir.


    Məmmədağa Şiriyev,
    Masallı rayonu Ərkivan qəsəbə sakini.

    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ