• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azad edilmiş torpaqlarda abadlıq-quruculuq işləri

    Azad edilmiş torpaqlarda abadlıq-quruculuq işləri


    2022-ci ilin birinci rübünün yekunları Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sədrliyi ilə aprelin 12-də keçirilən müşavirədə müzakirə edilib. Müşavirədə geniş çıxış edən ölkə başçısı ötən 3 ay ərzində görülən işləri təhlil edib və ilin sonuna kimi nəzərdə tutulan planlardan danışıb. Birinci rüb ərzində ölkəmizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan ölkə rəhbəri bu yekunları keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirmişdir.İqtisadi-siyasi məsələlərin müzakirəsi ilə yanaşı Prezident İlham Əliyev öz çıxışında 30 ilə yaxın düşmən tapdağı altında olan və Vətən müharibəsində qazandığımız Şanlı Qələbə nəticəsində azad edilən torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə geniş yer ayırıb. Qeyd edilib ki, artıq dilbər guşəmiz olan Qarabağa həyat qayıdır. İnsanların rahat yaşamasına hesablanan, iqtisadi, sosial və ekoloji cəhətdən səmərəli və dayanıqlı olan “ağıllı şəhər” və “ağıllı kənd” modelini gerçəkləşdirmək üçün yeni texnologiyalarından istifadə edilir. Müasir dünyada “ağıllı şəhər”lərin yaradılması qloballaşmanın və 4-cü sənaye inqilabının yaratdığı bir çox problemləri də aradan qaldıra bilər. Bu texnologiyalar vətəndaşların sağlamlığını və rifahını yaxşılaşdırmaq gücünə sahib olmaqla bərabər iqtisadi inkişaf üçün yeni yollar təqdim edir. Bərpa olunan ərazilərdə bulud əsaslı texnologiyaların tətbiqi regionun bərpa prosesini sürətləndirir və həmin regionu texnoinvestorlar üçün maraqlı edir.

    İşğaldan azad olunmuş ərazilərdə 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaqsa, Ağdamda sənaye mərkəzi təşkil olunacaq. Ağdamda yaradılacaq və 110 milyon manata yaxın sərmayə qoyulacaq sənaye mərkəzində 33 kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri fəaliyyət göstərəcəkdir. Ağdamın strateji coğrafi mövqeyi və digər imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsini genişləndirir. Şəhərin 1,5 min hektarlıq ərazisi müasir şəhər qismində təqdim ediləcək və Ağdam Azərbaycanın dördüncü böyük şəhəri olacaqdır. Bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə işğaldan azad olunmuş ərazilərdə buradan didərgin düşmüş soydaşlarımızın doğma yurdlarına qayıdışı üçün bütün zəruri tədbirlər həyata keçirilir, burada tam yeni, müasir infrastruktur yaradılır.

    Prezidentimizin də qeyd etdiyi kimi artıq bu il köçkünlərin bu ərazilərinə qayıdışına başlanacaq və yaxın gələcəkdə Qarabağ, işğaldan azad olunan bütün ərazilər dirçəlməyə, inkişaf etməyə başlayacaqdır.Aparılacar geniş quruculuq işləri nəticəsində çox yaxın zamanlarda Qarabağ və Zəngəzurda böyük iqtisadi inkişaf əldə ediləcək və vətəndaşlarımız orada rahat, firavan yaşayacaqlar. Bütün dünya üçün də bu inkişaf bir nümunə olacaqdır.


    Kamal Təhməzov,
    Masallı rayonu, Çaxırlı kənd sakini.



    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    2. 15:46 Masallı DAİM-də dəyirmi masa
    3. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    4. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    5. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    6. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    7. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    8. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    9. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    11. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    12. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    13. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    14. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    15. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    16. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    17. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    18. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    19. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    20. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    21. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    22. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    23. 23:30 22 iyul Milli Mətbuat günü
    24. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    25. 23:00 22 iyul Milli Mətbuat Günü 
    26. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    27. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    28. 14:18 Masallıda Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən genişmiqyaslı abadlıq işləri 
    29. 11:06 Azərbaycan mətbuatı – 150
    30. 09:05 Azərbaycan Milli mətbuatının davamlı inkişafı
    31. 18:19 150 yaşlı milli mətbuatımız və biz
    32. 16:47 Boradigah qəsəbəsində çay və suaparıcı kanallarda təmizlik işləri aparılır 
    33. 16:45 Rayonun Xıl-Sirəbil yolu təmir edilir
    34. 16:43 Masallı rayonunun Şərəfə kəndində mühüm infrastruktur yeniliklər
    35. 15:15 Masallıda rayon rəhbərinin 17 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    36. 22:16 Masallıda rayon rəhbəri Dəmirçi kənd məscidində aparılan əsaslı təmir işləri ilə tanış oldu
    37. 14:57 Masallının Bədəlan ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.07.2025
    38. 12:51 Masallının Bədəlan ərazisinin Aşurlu kəndində 16 iyul 2025-ci il tarixdə səyyar qəbul
    39. 12:47 Masallı rayon İcra Hakimiyyətinə baş məsləhətçi təyinatı
    40. 16:13 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 iyul 2025-ci il
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ