• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Ulu Öndər Heydər Əliyevin 99 illiyi möhtəşəm bayram konserti ilə yadda qalıb

    Masallıda Ulu Öndər Heydər Əliyevin 99 illiyi möhtəşəm bayram konserti ilə yadda qalıb


    10 may 2022-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99 ildönümü münasibətilə bayram tədbiri günün ikinci yarısında şəhər Mədəniyyət Mərkəzində davam etdirilib.

    Masallı Rayon İcra Hakimiyyəti və Masallı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram tədbiri maraqlı konsert proqramı ilə təqdim olunub.

    Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil işçiləri, KİV nümayəndələri və s. iştirak edib.

    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov geniş nitqində dahi rəhbərin həyat və fəaliyyətinin bütün anlarını göz önünə gətirib, qeyd edib ki, ölkəmizin düçar olduğu bəlalardan dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidi ilə yenidən rəhbərliyə qayıdışından sonra qurtulduğunu, Azərbaycanda uğurlu gələcəyin təməlinin qoyulduğunu diqqətə çatdırıb. 1993-cü ildə yenicə müstəqilliyini qazanmış respublikamız dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə durduğu bir vaxtda Ulu Öndər Heydər Əliyevin səyləri, bacarığı, təcrübəsi sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxıb. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirib, inamımızı özümüzə qaytarıb, sabitlik və əmin-amanlıq yaradıb. Çox böyük bir xoşbəxtlikdir ki, bu gün ölkəmizə Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev rəhbərlik edir. Ali Baş Komandan bizə 44 günlük Vətən müharibəsinin  milli iradə, milli ruh, milli birlik, milli ləyaqət təntənəsini yaşatdı.

    Sonra tamaşaçılar Ulu Öndər Heydər Əliyev ömrünün müxtəlif anlarını əks etdirən videoçarxlara baxıblar.

    İri səhnədə Ulu Öndər Heydər Əliyevin illər öncə sarsılmaz inamla söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik...” fikirləri 23 il sonra reallığa çevrilib, Azərbaycan Prezidenti İlham Əliyev ata vəsiyyətini yerinə yetirib...

    Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramında respublikanın və rayonun tanınmış incəsənət ustaları - Əməkdar artistlər Səidə Şərifəliyeva və Yusif Mustafayev, Atamoğlan Zahidov, Miriş Hüseynov, Şamo İbayev, Ruslan Zahidov, Humay Rzayeva, Naza Veysəlova, «Halay» folklor və yeniyetmələrdən ibarət yeni «Masallı» rəqs qruplarının gözəl, yaddaqalan ifaları izlənilib.










    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    2. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    6. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    7. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    8. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    9. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    14. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    15. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    16. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    17. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    18. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    19. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    20. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    21. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    22. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    23. 12:28 Vətənə xidmətdə keçən ömür
    24. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    25. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    31. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    33. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    34. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    35. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    36. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    37. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    38. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    39. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    40. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ