• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ili

    Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ili


    Təqribən 30 il sonra BMT Nizamnaməsini rəhbər tutaraq Azərbaycan Respublikası öz ərazilərini işğaldan azad etdi və hal-hazırda həmin ərazilərdə geniş miqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu işlərdə, o cümlədən ərazilərin minalar və digər partlayıcılardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin edilməsi istiqamətində də Azərbaycan BMT və onun ixtisaslaşmış qurum və təsisatları ilə əməkdaşlığı davam etdirir. Ötən üç onillik ərzində Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi sübut edib. BMT Nizamnaməsində əksini tapmış məqsəd və prinsiplərə nail olmaq istiqamətində öz dəyərli töhfələrini vermək üçün Azərbaycan Respublikası BMT-nin fəaliyyətinin hər üç istiqaməti – sülh və təhlükəsizlik, davamlı inkişaf və insan hüquqlarının qorunması və təşviqi üzrə qurumun fəaliyyətinə fəal şəkildə cəlb olunub.

    Təsadüfi deyildir ki, BMT üzv dövlətlərinin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan Respublikası 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üzrə qeyri-daimi üzvü seçilib. Azərbaycan BMT mandatı əsasında fəaliyyət göstərən sülhməramlı əməliyyatlara, 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyində əksini tapmış məqsədlərin icrasına, insan hüquqlarının qorunması və təşviqi sahəsində beynəlxalq fəaliyyətə və ənənəvi və yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizəyə dəyərli töhfələr verib. COVID-19 pandemiyasının ortaya çıxdığı ilk vaxtlardan başlayaraq Azərbaycan Respublikası, Qoşulmama Hərəkatının sədri qismində BMT çərçivəsində pandemiyaya qarşı mübarizədə birgə məsuliyyət, gücləndirilmiş həmrəylik və beynəlxalq əməkdaşlığı təşviq edən qlobal əhəmiyyətli mühüm təşəbbüslərlə çıxış etmişdir.

     Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər əsasında baş tutmuş BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası, COVID-19 əleyhinə peyvəndlərə bərabər, ədalətli və universal əlçatanlığın təmin edilməsi mövzusunda 2021-ci il ərzində BMT-nin İnsan Hüquqları Şurası və Baş Assambleyasında qəbul edilmiş qətnamələr və pandemiyadan sonrakı qlobal bərpa məsələlərinə həsr olunan digər təşəbbüslər Azərbaycan Respublikasının bu istiqamətdə beynəlxalq əməkdaşlıqda mühüm və nümunəvi rol oynadığından xəbər verir. Beynəlxalq hüququn və çoxtərəfliliyin sadiq müdafiəçisi olaraq Azərbaycan Respublikası, bundan sonra da BMT-nin etibarlı tərəfdaşı olmağa davam edəcək və beynəlxalq sülh və təhlükəsizliyə əlavə töhfələr vermək istiqamətində öz səylərini əsirgəməyəcək.

       

    Elnur Vəliyev,
    Masallı rayon sakini, ADNSU-nin tələbəsi.



    “Yeni həyat” qəzeti
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:50 Masallıda şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 19.09.2025
    2. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    3. 17:25 Azərbaycan Prezidentinə yazırlar
    4. 17:23 Azərbaycan Prezidentinə yazırlar
    5. 17:17 Azərbaycan Prezidentinə yazırlar
    6. 17:15 Masallıda lokal antiterror əməliyyatları zamanı şəhid olmuş qəhrəmanlar anıldı 19.09.2025
    7. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    8. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    9. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    10. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    11. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    13. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    14. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    15. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    16. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    18. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    19. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    20. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    21. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    22. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    23. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    24. 12:28 Vətənə xidmətdə keçən ömür
    25. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    26. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    27. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    29. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    30. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    31. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    32. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    33. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    34. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    36. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    37. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    38. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    39. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    40. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ