Masallıda İctimai Şuranın sakinlərlə görüşü
- 6-09-2022, 17:02
- Siyasət
- 0
- 278
Masallı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri Masallı şəhərinin müxtəlif ərazilərində sakinlərlə görüşərək abadlıq işləri ilə bağlı sorğu keçirmişlər. Ulu öndərin adını daşıyan Heydər Əliyev Parkında yenidənqurma və abadlıq işləri ilə bağlı sakinlərin fikrini öyrənmişlər.
Şura üzvləri tərəfindən eyni zamanda R.Əlihəsənov adına şəhər 1 nömrəli tam orta məktəbin qarşısında tikilən şəhid bulağının tikintisində çalışan inşaatçılar və sakinlərlə görüşülmüşdür. Qeyd edək ki, ərazidə olan fəvvarə son illərdə təmir olunmadığı üçün yararsız vəziyyətə düşmüşdür. Rayon rəhbərinin tapşırığı ilə fəvvarənin yenidən qurulmasına və qarşısında Şəhid Niyaməddin Hüsaməddin oğlu Sultanzadənin adına bulağın tikintisi həyata keçrilir.
Şəhər sakinləri quruculuq və abadlıq işlərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, uğurla gedən abadlıq işlərinin davamlı olmasını arzulamışlar.
“Yeni həyat” qəzeti
www.yeniheyet.az