Masallının icra başçısı qalib idmançılarla görüşüb
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov növbəti dəfə müxtəlif Beynəlxalq yarışlarda qələbə qazanan idmançılardan Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayev ilə görüşüb.
Masallı Rayon İcra Hakimiyyətin keçirilən görüşdə RİHB-nın məsul şəxsləri, Gənclər və İdman İdarəsinin əməkdaşları və jurnalistlər iştirak ediblər.
Masallı rayon rəhbəri gənc idmançıları qazandıqları qələbələr münasibəti ilə təbrik ederək, Azərbaycan Prezidenti, həm də Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan geniş söhbət açaraq bu sahədə rayonumuzda da diqqətəlayiq işlər görüldüyünü diqqətə çatdırıb. Rayon rəhbəri geniş nitqində qeyd edib ki, Masallıda idman sahəsi gündən-günə inkişaf edir. Bu gün Masallı gəncləri idman sahəsində qazandığı uğurlarla, idmançılarının qələbələri ilə dünyaya səs salır, Azərbaycan bayrağını göylərə qaldırır, bizə başucalığı gətirirlər. İdmançıların əsas, böyük əhəmiyyəti gənc nəslə nümunədir. Sizə böyük sayğımız var. Siz bu uğurlarınızı davam etdirməlisiniz. Bundan da artıq nailiyyətlər qazanmalısınız. Həmişə Azərbaycan himnini səsləndirməyə nail olun. İradəli olun. Müvəffəqiyyətlərə arxayın olmayın, çoxlu məşqlər edin. Dövlətimiz sizinlə fəxr edir. Sizə ümidvarıq deyə Araz Əhmədov qalib idmançılara müraciət edərək, Masallının dünya şöhrətli idmançılarının adlarını bir daha yada salıb...
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov və qalib idmançılar Bəhruz Şakir oğlu Mirzəyev və Arif Arif oğlu Niftullayev onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya, eləcə də rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda idmançılarla xatirə şəkilləri çəkdirlib.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az