Masallıda rayon rəhbəri su kəmərinin yenilənməsi işləri ilə tanış oldu
Masallı rayon İcra Hakimiyyəti başçısı cənab Araz Əhmədov Viləş Çay Su Anbarı İstismarı İdarəsinin su kəmərinin yenilənməsi işləri ilə yerində tanış olmaq məqsədilə ərazidə olub.
Belə ki, Viləş Çay Su Anbarı İstismarı İdarəsi rayonun Yeddioymaq və Şıxlar kəndi ərazisindən keçən hissəsində diametri 1020 mm olan 3 nömrəli magistral qapalı boru kəmərinin 400 metr uzunluğunda əsaslı təmir işləri aparır.
“Yeni həyat” qəzeti,
www.yeniheyet.az