UNUDULMUR...
Masallı rayonunun Yeni Zuvand kəndində şəhid Ülvi Nüsrətbəylinin şəhadətinin 6-cı ildönümü anıldıDünən, 13 oktyabr 2026-cı ildə Masallı rayonunun Yeni Zuvand kəndində Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Nüsrətbəyli Ülvi Arif oğlunun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən keçirilən anım mərasimində Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, sektorun məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.
İştirakçılar şəhid Ülvi Nüsrətbəylinin məzarını ziyarət edib, məzarına gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.





























