Gəncədə dini radikalizm mövzusu müzakirə edilib
- 5-03-2022, 13:10
- Təhsil
- 0
- 392
Martın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, ADAU-nun kafedra müdiri, professor Azad Bayramov və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı dini fanatizm, radikalizm və ekstremizmin bu gün cəmiyyətin ən böyük bəlalarından biri olduğu vurğulanıb. Yeniyetmə və gənclərin radikal dini təsirlərdən qorunması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlərdən bəhs edilib. Eyni zamanda, bildirilib ki, bu gün ölkəmizdə hər kəsin vicdan və din azadlığı hüququ var, heç bir irqi, milli, dini və məzhəb ayrı-seçkiliyinə yol verilmir.
www.yeniheyet.az