AMEA-da görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » AMEA-da görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

    AMEA-da görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

    Aprelin 30-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

    Əvvəlcə şairin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub.

    Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli bildirib ki, konfransın keçirilməsində məqsəd XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Əli Tudənin yaradıcılığını yenidən Azərbaycan cəmiyyətinə təqdim etməkdir. Qeyd edib ki, görkəmli Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi Əli Tudə ölkəmizdə Cənubi Azərbaycan ədəbiyyatının əsas yaradıcılarından biri olmuş və Azərbaycanın milli-mənəvi bütövlüyünün təmin edilməsi, eləcə də azadlıq, vətənpərvərlik ruhunda mükəmməl lirik əsərlər meydana gətirmişdir.

    Əli Tudə yaradıcılığının ideya-mövzu və bədii sənətkarlıq cəhətdən zəngin olduğunu deyən akademik İsa Həbibbəyli ədibin vətəndaş şair kimi özünün ictimai-siyasi baxışlarını dövrünün çətinliklərinə baxmayaraq cəsarətlə lirik əsərlərində tərənnüm etdiyini bildirib. “Əli Tudənin bütün yaradıcılığı çoxcəhətli lirikasından ibarətdir. Onun poeziyasında süjet xətti və qəhrəmanlar var. Həmçinin publisistikasında lirik notlar müşahidə edilir və özünəməxsus bədii keyfiyyətlərə malikdir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

    Əli Tudənin keşməkeşli həyatının yeni nəsillər üçün bir nümunə olduğunu deyən AMEA rəhbəri Ədəbiyyat İnstitutunda şairin həyat və yaradıcılığının tədqiq edildiyini, kitablarının işıq üzü gördüyünü, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov tərəfindən Əli Tudənin yaradıcılığına dair dissertasiya işinin müdafiə olunduğunu vurğulayıb. Qeyd edib ki, Ədəbiyyat İnstitutunda hazırlanan “Azərbaycan ədəbiyyatı tarixi”nin Cənubi Azərbaycan bölməsi qısa müddət ərzində institutun Cənubi Azərbaycan şöbəsi tərəfindən yazılaraq yekunlaşdırılıb və həmin bölmədə Əli Tudəyə dair ayrıca oçerkə yer verilib.

    Bu gün şairin azadlıq ruhlu şeirlərinin cənublu soydaşlarımızın ana dilində təhsil və mədəniyyət uğrunda mübarizələrinin carçısına çevrildiyini deyən akademik İsa Həbibbəyli elmi sessiyanın ədəbiyyatşünas alimlərin Əli Tudənin yaradıcılığına göstərdiyi diqqət və ehtiramının ifadəsi olduğunu söyləyib.

    Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu Əli Tudənin 100 illiyinin 44 günlük Vətən müharibəsindən sonra keçirilməsinin rəmzi məna daşıdığını deyib: “Əli Tudə 50 poemanın, 60 kitabın müəllifidir, şeirləri müxtəlif dillərdə, müxtəlif ölkələrdə çap olunub. Şairin poetik ideallarını daha yaxından duymaq üçün onun əsərlərindən seçmələrə nəzər salmaq yerinə düşər”.

    Elmi sessiyada filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürov “Əli Tudənin yaradıcılıq yolu”, filologiya elmləri doktoru, dosent Esmira Fuad “Əli Tudənin yaradıcılığında folklor”, filologiya elmləri doktoru, dosent Pərvanə Məmmədli “Əli Tudənin yaradıcılığında həsrət mövzusu”, filologiya üzrə fəlsəfə doktoru, dosent Mahmizər Mehdibəyova “Əli Tudənin nəsri” və böyük elmi işçi Lətifə Mirzəyeva “Səməd Vurğun və Əli Tudənin ünsiyyət dünyası” mövzusunda məruzələrlə çıxış ediblər.

    Sonda ailəsi adından şairin oğlu Natiq Cavadzadə çıxış edərək atasının şeirlərindən nümunələr səsləndirib və tədbirin təşkilatçılarına və iştirakçılarına öz minnətdarlığını bildirib. Atası haqqında əlavə məlumat verərək Əli Tudənin 2 dəfə sürgün olunduğunu, vətənindən ayrı düşdüyünü diqqətə çatdırıb. Əli Tudənin əsasən vətənpərvər şair kimi qəbul olunsa da, başqa mövzularda da gözəl əsərləri olduğunu deyib. Atasının Savalan dağının ətəyində yerləşən Çanaqbulaq kəndində doğulduğunu, həmişə oranın həsrətini çəkdiyini vurğulayıb. Bildirib ki, vaxtilə onunla gələn Cənubi Azərbaycan şairləri cənuba getsələr də, o, doğma torpağına gedə bilməyib. Bunun da əsas səbəbi onun siyasi mühacir pasportu daşımağı olub. Həmçinin bildirib ki, atasının əsərlərini toplayaraq 20 cildliyini çap etdirib.


















    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:11 Masallı RİH başçısı 05 fevral 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    2. 10:25 Bələdiyyə sədri
    3. 15:54 Rayon rəhbəri Xırmandalı kənd tam orta məktəbində baş vermiş yanğınla bağlı təhsil ocağında olmuşdur
    4. 15:51 Rayon rəhbəri Xırmandalı ərazisində şəhid məzarlarını ziyarət etdi 04.02.2026
    5. 15:31 Masallının Xırmandalı ərazisinin Ərəb kəndində səyyar qəbul keçirilib
    6. 22:30 Masallıda rayon rəhbəri həsir toxuma sexində aparılan əsaslı təmir işləri ilə tanış olub
    7. 23:30 Masallı RİH başçısı 29 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    8. 23:30 Masallıda aztəminatlı ailə üçün yeni yaşayış evi inşa edilib
    9. 23:30 Masallıda millət vəkili, tarix elmləri doktoru, professor Anar Camal oğlu İsgəndərovun 70 illik yubileyi qeyd olundu
    10. 16:22 Azərbaycan Prezidentinə yazırlar
    11. 14:35 Yeni şeirlər
    12. 10:59 Perspektivli idmançıların aşkarlanması
    13. 10:49 Masallıda 2026-cü ilin fevral ayına olan səyyar-görüş qəbulları barədə
    14. 15:56 100 illik ömrün işığı
    15. 18:33 Rayon rəhbəri Boradigah ərazisində şəhid məzarlarını ziyarət etdi 23.01.2026
    16. 18:31 Masallının Boradigah ərazisinin Mollaoba kəndində səyyar qəbul keçirilib
    17. 15:18 Azərbaycan Prezidentinə yazırlar
    18. 10:02 Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı
    19. 18:16 Akademik Həsən Əliyev haqqında kitab nəşr edilib
    20. 14:59 Rayon rəhbəri Təzə Alvadı ərazisində şəhid məzarlarını ziyarət etdi 21.01.2026
    21. 14:56 Masallıda rayon rəhbərinin Meşəkənarı kəndində 21.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    22. 10:46 Azərbaycan Prezidentinə yazırlar
    23. 11:40 Masallıda 20 Yanvar faciəsinin 36-cı ildönümü anılıb
    24. 14:19 QANLI YANVAR
    25. 10:42 Masallı RİH başçısı 15 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    26. 20:59 Masallıda şəhid ailələrinə dövlət qayğısı davam etdirilir-14.01.2026
    27. 20:55 Rayon rəhbəri Həsənli ərazisində şəhid məzarlarını ziyarət etdi 14.01.2026
    28. 20:47 Masallıda rayon rəhbərinin Köçəkli kəndində 14.01.2026-cı il tarixli səyyar görüş-qəbulu
    29. 16:05 Su təhlükəsizliyi Azərbaycan hökumətinin gündəliyində: Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar müşavirəsindəki çıxışı
    30. 16:24 A.C.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
    31. 16:21 “Veteranlarımız” layihəsi ...   MASALLIDA...                       
    32. 23:00 “Embawood”un Müşahidə Şurasının sədri Elşad Abbasov dövlət və dövlətçiliyə sadiq insandır.
    33. 10:19 Masallı RİH başçısı 08 yanvar 2026-cı il tarixdə vətəndaşları qəbul etdi
    34. 19:01 Masallının Ərkivan ərazisinin Allahyarlı kəndində 07 yanvar 2026-cı il tarixdə səyyar qəbul
    35. 18:54 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    36. 18:47 Rayon rəhbəri Ərkivan ərazisində şəhid məzarlarını ziyarət etdi 07.01.2026
    37. 18:20 Azərbaycan Prezidentinə yazırlar
    38. 17:51 Rayon rəhbəri Lürən ərazisinin Pircana kəndində Birinci Qarabağ Müharibəsi şəhidi Faiq Şükürov adını daşıyan küçədə aparılan asfaltlanma işləri ilə yerində tanış olub
    39. 17:48 Masallıda “Milli dəyərlər və həmrəylik-milli birlikdən gələcəyə” adlı konsert proqramı
    40. 15:37 Masallıda 15-30 dekabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    «    Fevral 2026    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    232425262728 
    DÜNYA XƏBƏRLƏRİ