• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Akademik Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətləri əvəzolunmazdır

    Akademik Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətləri əvəzolunmazdır


    Avqustun 21-i akademik Bəkir Nəbiyevin doğum günüdür

    Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Bəkir Nəbiyev zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verib. Onun ədəbiyyatşünaslıq elminin və ədəbi fikrin inkişafındakı xidmətləri əvəzolunmazdır.

    Akademik Bəkir Nəbiyevin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salaq. Bəkir Nəbiyev 1930-cu il avqustun 21-də Ağdaş rayonunun Üçqovaq kəndində ziyalı ailəsində dünyaya göz açıb. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) Məmməd Arif, Əli Sultanlı, Mir Cəlal Paşayev, Cəfər Xəndan, Məmməd Cəfər, Həmid Araslı, Abbas Zamanov, Feyzulla Qasımzadə kimi böyük ustadlardan dərs alıb. Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirəndə artıq beş ildən çox müəllimlik təcrübəsi olan gənc filoloqun görkəmli ədəbiyyatşünas kimi formalaşmasına mətbuat-publisistika sahəsindəki fəaliyyəti mühüm təsir göstərib. Universitetin aspiranturasına qəbul olan Bəkir Nəbiyev 1960-cı ildə “Firudin bəy Köçərlinin həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Ədəbi fəaliyyətə “Ədəbiyyat qəzeti”nin 1951-ci il 4 noyabr tarixli nömrəsində dərc edilən “Dama-dama göl olar” rəyi ilə başlayıb. O dövrün nüfuzlu “Azərbaycan gəncləri”, “Kommunist” və digər qəzetlərində ədəbi işçidən şöbə müdirinə qədər yüksələn, Yazıçılar, Jurnalistlər birliklərinə üzv qəbul edilən Bəkir Nəbiyev 60-cı illərin əvvəlində elm aləminə bir neçə sahənin mütəxəssisi kimi gəlmişdi: müəllim, jurnalist, tənqidçi, tədqiqatçı-ədəbiyyatşünas, redaktor, tərcüməçi və s.

    Ədəbiyyat elmini özünə həyat kredosu seçən, bir gün belə onsuz yaşamayan, ədəbiyyatımıza, onu yaradanlara alimin dərin məhəbbəti, bitib-tükənməyən enerjisi və buna təkan verən sahilsiz ümmana bənzər arzuları cild-cild kitabların, saysız-hesabsız elmi məqalələrin meydana gəlməsinə münbit şərait yaradıb.

    Ədəbi prosesə, klassik ədəbi irsə, ədəbi tənqidə, ədəbi əlaqələrə, poeziyada sənətkarlıq məsələlərinin tədqiqinə 50-dən çox kitab, 900-dən çox məqalə və resenziya həsr edən alim nəinki Azərbaycanda, keçmiş Sovet İttifaqında, eləcə də Türkiyə, İran və İraqda görkəmli ədəbiyyatşünas kimi tanınıb. Bir çox doktorluq dissertasiyaları üzrə elmi məsləhətçi, namizədlik dissertasiyaları üzrə elmi rəhbər olub. Ümumiyyətlə, alimin ədəbiyyatşünaslıq sahəsində yüksəkixtisaslı kadrlar hazırlanmasında xidmətləri böyükdür.

    Akademik Bəkir Nəbiyev XX əsrin ortalarından etibarən ədəbi prosesin və ədəbi-nəzəri fikrin daim diqqət mərkəzində olub, ədəbiyyatın əbədiliyinə böyük inamla bədii irsin tədqiqi ilə məşğul olub. İlk peşəkar tənqidçimiz Firudin bəy Köçərli haqqında 1963-cü ildə çap olunmuş sanballı monoqrafiyası ilə Bəkir Nəbiyev alim kimi ədəbi-nəzəri fikir tariximizə daxil olub.

    Elmi-ictimai fəaliyyətinin birinci mərhələsini hər bir görkəmli elm adamı üçün fəxr sayıla biləcək məhsuldarlıqla, intensiv və çoxşaxəli axtarışlarla başa vuran Bəkir Nəbiyev ikinci mərhələyə Azərbaycan Milli Elmlər Akademiyasından başlayıb. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna kiçik elmi işçi qəbul edilən gənc tədqiqatçı çox keçmədən şöbə müdiri vəzifəsinə qədər yüksəlib. 1970-ci ildə doktorluq dissertasiyasını uğurla müdafiə etdikdən sonra Bəkir Nəbiyevə daha məsul vəzifə - Ədəbiyyat Muzeyinin direktorluğu tapşırılıb. Bu vəzifədə 15 ildən çox çalışan Bəkir Nəbiyev muzeyin daha da zənginləşməsində, dövrün tələbləri əsasında yenidən qurulmasında, beynəlxalq aləmdə tanıdılmasında böyük rol oynamaqla yanaşı, elmi-tədqiqat fəaliyyətini də yüksək templə davam etdirib. Yaradıcılıq yolunun ikinci mərhələsində alimin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin müxtəlif məsələlərinə dair 10-dan çox kitabı, 300-dək məqaləsi çap olunub. Bu məhsuldar yaradıcılığın zirvəsi isə doktorluq dissertasiyası kimi müdafiə etdiyi “Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” (1977) fundamental əsəri olur.

    Mərhum akademikin “Görkəmli tənqidçi və ədəbiyyatşünas” (1963), “Süngüyə çevrilmiş qələm” (1970), “Ədəbi düşüncələr” (1971), “Tənqid və ədəbi proses” (1976), “Kamalın təntənəsi” (1981), “Söz ürəkdən gələndə” (1984), “Roman və müasir qəhrəman” (1987), “Özümüzdən başlayaq” (1990), “Didərgin şair” (1995), “Çətin yollarda” (2000), “İstiqlal şairi” (2001), “Xəzan vurmasın” (2006), “Hərənin öz yolu var” (2007) və s. kitabları tənqid və nəzəri fikir tariximizin yarıməsrlik (1960-2010) dövrünü mərhələli surətdə əks etdirir. Bu əsərlər heç vaxt köhnəlməyən müasir təfəkkürlə, yüksək tarixilik duyğusu, məntiq və mühakimə ilə yazılıb.

    Görkəmli akademik Azərbaycan filologiyasında mükəmməl “Bəkir Nəbiyev məktəbi”nin əsasını qoyub. Nizami Cəfərov, Teymur Kərimli, Məhərrəm Qasımlı, Kamran Əliyev, Şirindil Alışanlı, Muxtar İmanov, Tehran Əlişanoğlu onun yetirmələridir. Bu məktəbin nümayəndələri görkəmli Azərbaycan tənqidçisi və ədəbiyyatşünaslarıdır.

    Mərhum alim AMEA Rəyasət Heyətinin üzvü olub, uzun illər Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi (1987-2001), “Azərbaycan Elmlər Akademiyasının xəbərləri” jurnalının (Ədəbiyyat, dil və incəsənət seriyası üzrə) baş redaktoru və on ilə yaxın AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru kimi məsul vəzifələrdə çalışıb. Bundan əlavə, Azərbaycan Mədəniyyət Fondunun sədri (1987-1990), ədəbiyyat üzrə ixtisaslaşdırılmış müdafiə şurasının sədri, “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” studiyasının bədii şurasının, Azərbaycan Yazıçılar İttifaqının, “Vətən” cəmiyyəti idarə heyətinin, respublika “Bilik” cəmiyyəti plenumunun üzvü, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasının məsləhətçisi, Sovet-Pakistan Dostluq Cəmiyyəti Azərbaycan şöbəsinin sədr müavini kimi fəaliyyət göstərib. Çexiya, Slovakiya, Yunanıstan, Danimarka, İran, İraq, Səudiyyə Ərəbistanı, ABŞ, Çin və Yaponiyada beynəlxalq ədəbi-elmi və siyasi məclislərdə məruzə ilə çıxış edib.

    Bəkir Nəbiyevin zəngin fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib, Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 23:40 Masallıda “18 May Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar tədbir
    2. 19:27 Masallıda “Beynəlxalq Ailə Günü” bukletləri paylanıldı
    3. 19:22 Masallıda rayon rəhbəri Viləş kəndində şəhid qardaşların ev-muzeyini ziyarət etdi
    4. 19:18 Masallıda iqtisadiyyatda işləyənlərin sayı və orta aylıq nominal əməkhaqqı açıqlanıb - Statistika
    5. 22:38 Şəhid Anar Novruzovun xatirəsi anıldı
    6. 21:11 Masallıda “Arşın mal alan” tamaşası
    7. 20:57 Masallıda rayon rəhbərinin 15 may 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 15:35 Masallının Güllütəpə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    9. 15:21 Masallının Yeni Zuvand kəndində rayon rəhbərinin 14 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    10. 20:35 Xıl kəndində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    11. 18:30 Masallıda rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi
    12. 18:27 Tütün ilə mübarizə və sağlam həyat tərzinin təşviqi” adlı tədbir
    13. 15:10 Azərbaycan-Vyetnam əlaqələrinin tarixi yarım əsrdən çoxdur  
    14. 12:08 Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası
    15. 08:17 Masallı Mərkəziləşdirilmiş Kitabxana Sistemində silsilə tədbirlər   
    16. 23:30 Yeni əməkdaşlıq imkanlarının mövcudluğu
    17. 22:30 Əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi
    18. 17:52 Sağlam məktəbli...           
    19. 23:30 Azərbaycan ilə Vietnam arasında strateji tərəfdaşlıq möhkəmlənir
    20. 23:00 Qarşılıqlı hörmət və etimada, milli maraqlara və müasir çağırışlara əsaslanansosial-iqtisadi inkişaf
    21. 19:28 Masallılı ikiqat dünya çempionu bu dəfə ikinci oldu 
    22. 18:28 AZƏRBAYCAN-VYETNAM ƏMƏKDAŞLIĞI
    23. 12:08 Masallıda “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda konfrans
    24. 10:34 Masallı rayon İcra Hakimiyyətində birinci müavin təyinatı
    25. 18:57 Kolatan kəndində zəbtdən azad olunan yol bərpa olunur
    26. 18:54 Masallıda rayon rəhbəri Kolatan kəndində stadionun açılış mərasimində
    27. 18:50 Ərkivan qəsəbə 2 saylı körpələr evi-uşaq bağçasına baxış
    28. 18:48 Masallı şəhər 4 saylı körpələr evi-uşaq bağçasına baxış
    29. 17:27 O, həmişə bizimlədir
    30. 17:09 Masallıda "Ana və uşaq sağlamlığı: mövcud problemlərə müasir baxış" mövzusunda beynəlxalq elmi konfrans
    31. 17:06 Masallıda rayon rəhbərinin 08 may 2025-ci il tarixli vətəndaş qəbulu
    32. 12:13 Azərbaycan-Vyetnam arasında münasibətlərin inkişafı üçün yeni üfüqlər açılır
    33. 16:40 Masallının Banbaşı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    34. 16:37 Masallının Banbaşı kəndində rayon rəhbərinin 07 may 2025-ci il tarixdə səyyar görüş-qəbulu
    35. 15:47 Masallı şəhər 2 saylı tam orta məktəbində idman meydançasının açılış mərasimi
    36. 15:33 Masallıda Ağsaqqallar Şurasının illik hesabat konfransı - 2025
    37. 16:47 Ərkivanda “Göycə” yetişdirilir - MASALLIDA
    38. 12:36 “Musiqi dünyası”na elmi səyahət
    39. 16:53 Masallıda rayon rəhbərinin 01 may 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 20:23 Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Masallı rayon təşkilatının konfransı 
    «    May 2025    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    DÜNYA XƏBƏRLƏRİ