• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əkinçilik tarixindən Sitrus meyvələri

    Əkinçilik tarixindən Sitrus meyvələri

    • 15-11-2017, 09:12
    • Aqrar
    • 0
    • 2 725
    Əkinçilik tarixindən
    Sitrus meyvələri

    Sitrus latın dilində həmişəyaşıl ağac və ya limon ağacı deməkdir. Sitrus bitkiləri dünyanın subtropik və tropik ərazilərində yayılmış, 40-dək növü – limon, portağal, naringi, feyxoa və s. məlumdur.Keçmiş Sovetlər birliyində sitrus meyvəçiliyini inkişaf etdirmək üçün geniş və əlverişli təbii iqtisadi zonalar yalnız Qərbi Gürcüstanın Kolxida, Azərbaycanın Lənkəran-Astara, Tacikistanın Bəxş dərəsi hesab olunurdu. Mütəxəssislərin fikrincə sitrus meyvələri rütubətli subtropik iqlimdə daha yaxşı inkişaf edir. Bölgəmizdə sitrus meyvələrinin yetişdirilməsi üçün zəruri olan bütün təbii iqlim şəraiti vardır. Ötən əsrin 20-ci illərin sonunda ölkəmizdə sitrus meyvələrinin yetişdirilməsinə başlanmış.1927-ci ildə Gürcüstandan ilk dəfə Lənkərana 8 ədəd ikillik feyxoa ağacı gətirilərək əkilmiş və məhsul verməyə başlamışdır.
    Alimlər tərəfindən aparılan elmi – tədqiqatlar nəticəsində məlum oldu ki, bölgəmizdə feyxoa yetişdirilməsi və inkişafı üçün bütün əlverişli təbii iqlim şəraiti vardır. Ötən əsrin 30-cu illərindən bölgəmizdə ictimai və şəxsi təsərrüfatlarında feyxoa bitkisinin yetişdirilməsinə başlandı. 1930-1970-ci illərdə Lənkəran rayonunda 100 hektar feyxoa bağları salınmışdısa, 1990-cı ildə bu rəqəm 350 hektara çatdırılmışdı. Məhz ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Cənub bölgəsinin təsərrüfat həyatında yeni mərhələ başlandı. 1970-ci ildən sonra bölgəmizdə – Lənkəran, Masallı və Astarada 420 hektardan artıq yeni feyxoa bağları salınması hesabına respublikamız Sovetlər birliyində feyxoa bağlarının sahəsinə və məhsuldarlığına görə birinci yerə çıxmışdı. 
    Bölgəmizdə mühüm əhəmiyyət kəsb edən sitrus meyvələrindən biri də limondur. Limon həmişəyaşıl, orta boylu ağacdır. Vətəni Asiyanın cənub-şərq rayonlarıdır, burada qədim çağlardan yetişdirilir, çox qiymətli meyvədir.
    Bölgəmizdə naringi də becərilir. Fransız, ispan və rus və s. xalqlar buna “mandarin” deyirlər. Bu bitkinin vətəni Çindir. Avropa xalqları naringi ilə ilk dəfə XIX əsrdə tanış olmuşlar. Meyvənin xoşagələn dadı onun sürətlə yayılmasına səbəb olmuşdur. Azərbaycanda ilk limon, naringi, portağal təsərrüfatı 1933-cu ildə Astara rayonunda təşkil olunmuşdur. 
    Portağal sitrus meyvə ağacıdır, meyvəsi şirindir. Bu qiymətli bitki ilk dəfə eramızdan əvvəl III əsrdə Çində becərilmişdir. “Portağal” sözü “Çin alması” deməkdir. Avropada XVəsrdən məlumdur.
    Portağalın təbii və sənaye əhəmiyyəti vardır. Meyvəsindən alınan şirə dünyada geniş istifadə olunan ən yaxşı içki hesab olunur. Dahi Nizami limonla portağalı belə vəsf edirdi: 
    “Hər çeşid mürəbbə, turşu meyvə var,
    Limonla portağal, narınc ilə nar.” 
    Sitrus meyvələrində insan orqanizminə faydalı olan qiymətli maddələr vardır. Bu bitkilərin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabığından hazırlanan efir yağı ətriyyatda işlədilir. Məsələn, feyxoanın meyvəsi və şirəsi ateroskleroz, sinqa və qalxanabənzər vəzinin müalicəsində istifadə olunur. Limon hipertoniya, diabet, qara ciyər, naringi xroniki mədə-bağırsaq xəstəliklərinin, portağal xronuki qəbzlik, hipetoniya, qara ciyər, podaqra xəstəliklərinin müalicəsində əhəmiyyətli rol oynayır. Bu insan həyatı üçün qiymətli bitkilərin respublikamızda daha geniş şəkildə becərilməsi əhalinin ərzağa, meyvə-tərəvəzə tələbatı ilə yanaşı tibbi, sağlamlığı baxımından vacib və məqsədəuyğundur.
    Ölkəmizdə sitrus bitkilərinin vətəni sayılan bölgəmizdə sovetlər birliyi dönəmində 100 tonlarla limon, naringi, portağal yetişdirilmiş, əhalinin əsas gəlir mənbələrindən birinə çevrilmişdi. Rayonumuzun dağətəyi ərazisində çoxsaylı sitrus bağları salınmışdı. Ötən əsrin 90-cı illərində Masallı rayonunda 132 hektar sahədə sitrus bağları olmuşdur ki, onun da 88 hektarını naringi, 44 hektarını feyxoa bağları təşkil etmişdir. Bu bağlardan il ərzində 2200 ton naringi, 473 ton feyxoa toplanmışdır. Sovetlər birliyi dağıldıqdan sonra böyük zəhmət hesabına başa gəlmiş sitrus bağları baxımsızlıqdan məhv edildi. Son illər bölgəmiz üçün ənənəvi olan təsərrüfat sahələrinin, sitrus meyvəçiliyinin intensiv inkişafı ilə bağlı dövlət tərəfindən ciddi addımlar atılır. Prezident İlham Əliyevin sədrliyi ilə çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələsinə dair Lənkəranda keçirilən respublika müşavirəsində dövlət başçısı sitrus bitkilərinin inkişaf etdirilməsi və perspektivləri, ona dövlət qayğısı və digər məsələlərdən bəhs edərək demişdir ki, “sitrus meyvələrinin istehsalına gəldikdə, bu sahəyə də çox böyük diqqət göstərilir. Deyə bilərəm ki, bu sahədə də artım var. Misal üçün, 2000-ci ildə 1700 hektarda sitrus meyvələri əkilmişdisə, hazırda 2500 hektarda əkilir. Artım var, ancaq artım daha da sürətli ola bilər. Qeyd etməliyəm ki, dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə sitrus bağlarının salınması məsələlərinə baxmaq lazımdır. Əlbəttə ki, su təminatı olmalıdır. Məndə bəzi rəqəmlər var, hesab edirəm ki, fermerlər üçün maraqlı olar. Keçən il 470 hektarda limon, 255 hektarda portağal, 1700 hektarda naringi əkilmişdir. Yeni soyuducu kameralar yaradılmalıdır və sitrusçuluq üçün kiçik qabaritli xüsusi texnikanın gətirilməsi də mütləq lazımdır. Bu sahədə olan problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Bizim Aqrar Elm Mərkəzində bu məsələyə baxılmalıdır, lazım olarsa ilkin mərhələdə xaricdən də mütəxəssislər cəlb edilməlidir ki, bu sahə sürətlə inkişaf etdirilsin.”
    Musarza MİRZƏYEV,
    Ə məkdar müəllim.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:17 “DAHİ ÖMRÜ” – Masallıda tədbir
    2. 17:13 DANIŞAN ŞƏKİLLƏR
    3. 17:03 Masallı RİH Başçısı 08.05.2024-cü il tarixdə Viləş ərazisinin sakinləri ilə görüşdü
    4. 14:30 Heydər Əliyev və Azərbaycan gəncliyi
    5. 11:28 9 May- Faşizm üzərində Qələbə Günü- MASALLIDA TƏDBİR
    6. 08:34 Ekologiyanın mühafizəsi, sağlam ətraf mühit
    7. 08:07 Müharibələr və təbii fəlakətlər ekoloji böhranın əsas səbəbləridir
    8. 18:50 Masallı məktəbliləri Respublika Fənn Olimpiadalarında uğur qazandılar
    9. 18:49 Masallıda fiziki məhdudiyyətli şəxslərin əl işlərindən ibarət “Ulu zirvə” mövzusunda sərgi-satış tədbiri
    10. 18:44 Masallıda ahıllarla görüş keçirildi
    11. 12:04 Təmiz dünya naminə...
    12. 15:56 Məqsədyönlü siyasət, uğurlu nümunə
    13. 15:36 Yaşıllıqlar ölkəsi Azərbaycan!
    14. 10:22 Sülh və qlobal təhlükəsizlik
    15. 11:15 BMT təhlükəsizlik şurası qəbul etdiyi dörd qətnamə
    16. 22:30 VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
    17. 23:30 BMT Təhlükəsizlik Şuranın qəbul etdiyi   4 qətnamənin icrasına göstərilən laqeydliklər
    18. 17:15 Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib
    19. 18:00 Mir Cəlal adına IV Hekayə Müsabiqəsinin qalibləri mükafatlandırılıb
    20. 17:51 Masallı RİH Başçısı 01.05.2024-cü il tarixdə Birinci Səmədxanlı ərazisinin sakinləri ilə görüşdü
    21. 09:56 AMEA-da görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
    22. 19:39 Masallıda növbəti əmək yarmarkası keçirilmişdir
    23. 08:46 Almaniya ilə əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsindədir
    24. 23:00 Azərbaycanın ərazi  bütövlüyünü hərbi-siyasi yolla həyata keçirib
    25. 21:00 Masallı Bioloji Təbabət Klinikasında oftalmoloji şöbənin açılışı
    26. 16:51 Masallıda mədəniyyət işçilərinin iştirakı ilə seminar-müşavirə keçirilib
    27. 14:00 Tanınmış jurnalist Vasif Səmədov vəfat edib
    28. 10:15 Diqqət, müsabiqə!                
    29. 16:58 Lürən kəndində şəhid Faiq Şükürovun xatirəsi anıldı
    30. 11:56 Qırğızıstanla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir
    31. 11:39 Almaniya ilə iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub
    32. 22:40 Masallıda 2024-cü ilin may ayına olan səyyar görüş - qəbulları barədə
    33. 21:00 Biz bütün istiqamətlər üzrə fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindəyik
    34. 21:00 Biz uğura uğur əlavə edirik, bu işlər düşünülmüş siyasətin, strategiyanın, düzgün taktikanın üzərində qurulub
    35. 20:00 Rayon rəhbərinin 26 aprel 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    36. 18:47 Qaranlığa qalib gələn alim qadın MASALLIDA TƏDBİR
    37. 15:53 Masallıda "Statistika anlayışı və statistik məlumatlara giriş imkanları" mövzusunda seminar keçirilmişdir
    38. 23:30 Dostluğumuzun, qardaşlığımızın və birliyimizin rəmzi
    39. 23:30 Azərbaycanla Almaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaq
    40. 23:08 Masallıda “Yaşıl dünya boyalarda” mövzusunda tədbir
    «    May 2024    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ