Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib

    Şəhid Famil Əlizadənin doğum günü qeyd edilib

     
    Yaşasaydı 25 yaşı tamam olacaqdı...
     
    Mayın 3-də Masallı rayonunun Ərkivan qəsəbəsində 44 günlük Vətən müharibəsinin şəhidi, III dərəcəli “Vətənə xidmətə görə” ordenli  Famil Habil oğlu Əlizadənin xatirəsi anılıb.

    Doğum günü mərasimində şəhidin doğmaları ilə yanaşı Masallı və Şirvan rayonlarından şəhid ailələri, qazilər, qəsəbə sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Cəsur döyüşçünün məzarı önündə çıxışlar zamanı jurnalist-publisist Akif Ağayev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qüdrəti, dəmir yumruqlu igid oğullarımızın sayəsində 30 ildən sonra torpaqlarımızın işğaldan azad edilərək xalqımıza Qələbə sevincinin bəxş edilməsinin əhəmiyyətindən, düşmənlərin bağrını yararaq qəhrəmanlıq tarixi yazan cəsur əsgərimiz Famil Əlizadənin döyüşlərdə göstərdiyi şücaətdən danışıb.

    Birinci Qarabağ müharibəsi veteranı Ədalət Hüseynov, şəhid leytenant Vüsal Məhərrəmovun atası Aslan Məhərrəmov, şəhid polkovnik-leytenant Rəşad Hüseynovun atası Rəhim Hüseynov və başqaları bildiriblər ki, müqəddəs bayrağımızın Şuşada və digər xilas olmuş ərazilərimizdə dalğalandığı gündən şəhidlərimizin ruhu şaddır. Müstəqil Azərbaycan dövləti var olduqca onlar qəlblərdə əbədi yaşayacaq.
    Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdləri Vətənə, şəhidlərə, Famil Əlizadəyə həsr edilən şeirlər söyləyiblər.
    Şəhidin atası Habil Rəhimov dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
    Mərasimdə torpaq uğrunda canından keçən Famil Əlizadənin və bütün igid Vətən oğullarının ruhuna dualar oxunub, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb.  

    Qeyd edək ki, Əlizadə Famil Habil oğlu 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə qəsəbədəki 3 saylı tam orta məktəbi bitirib. Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru peşəsinə yiyələnib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. 2019-cu ilin yanvarında ordudan tərxis olunub.

    İkinci Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan F.Əlizadə Füzuli rayonunun alınmasında, Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində xüsusi şücaət göstərib. Hər dəfə qızğın döyüşlərin önündə gedənlərdən olub Famil. 2020-cil oktyabrın 21-də şəhidlik zirvəsinə yüksəlib. Ərkivan qəsəbəsinin Bağlakücə qəbiristanında torpağa tapşırılıb.
    Subay idi. Ailədə bir bacı, iki qardaş olublar.

    Respublika Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Famil Əlizadə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
    Şəhidin vaxtilə yaşadığı küçəyə onun adı verilib.
     


    Akif VAQİFOĞLU





    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:23 Masallıda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar və bərabər imkanlar” mövzusunda maarifləndirici tədbir
    2. 20:16 Böyük Xocavar kəndində Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası
    3. 20:11 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 31.10.2025
    4. 20:08 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  15-31 oktyabr 2025-ci il
    5. 20:07 Masallıda 15-31 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    6. 20:05 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 oktyabr 2025
    7. 20:04 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    8. 20:03 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 oktyabr 2025
    9. 20:35 Masallı şəhər Sakit Tağıyev adına 4 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    10. 20:27 Masallıda 30 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 09:32 Nadir Ağayevin xatirə turnirində
    12. 19:46 Masallıda “Gənclik və Hüquq” mövzusunda tədbir
    13. 19:43 Şəhid Əli Quliyev şəhadətinin 5-ci ildönümü anıldı
    14. 18:06 Masallıda görmə məhdudiyyətli insanlar üçün “Soyuq Günəş” filmi səsləndirildi
    15. 22:15 Akif Ağayev AJB Masallı təşkilatının sədri seçilib
    16. 13:07 Azərbaycan - Qazaxıstan Ali Dövlətlərarası Şurası Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kassym Jomat Tokayev iştirak etdilər
    17. 12:51 Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb
    18. 16:46 Masallı şəhərində yeni asfaltlanmış yollarda hərəkət xətləri çəkilib
    19. 12:18 Azərbaycan Prezidentinə yazırlar
    20. 19:16 Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir
    21. 19:11 Şəhid İbrahim Rükabzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    22. 19:09 Şəhid Məhəmməd Vəliyevin şəhadətinin 5-ci ildönümü anıldı
    23. 11:30 Azərbaycan Prezidentinə yazırlar
    24. 11:19 Azərbaycan Qazaxistan münasibətləri daha da genişlənir.
    25. 11:11 Masallıda 23 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    26. 17:30 Şəhid Əli Nəcəfovun şəhadətinin 5-ci ildönümü anıldı
    27. 17:28 Şəhid Vüsal Hadıyevin şəhadətinin 5-ci ildönümü anıldı
    28. 17:26 Şəhid Famil Əlizadənin şəhadətinin 5-ci ildönümü anıldı
    29. 13:58 Azərbaycan Prezidentinə yazırlar
    30. 09:19 Statistikanın əhəmiyyəti
    31. 17:09 Şəhid Ağamalı Ağayevin şəhadətinin 5-ci ildönümü anıldı
    32. 17:03 Masallıda “Yaşıl torpağın azadlığı” adlı tədbir
    33. 16:59 Azərbaycan Prezidentinə yazırlar
    34. 10:13 İlham Əliyevin “Kazinform” müsahibəsi: Regional sabitlik və inkişafın Azərbaycan modeli
    35. 08:36 Zəngilan şəhəri – 20 oktyabr
    36. 08:34 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev – Böyük Qayıdışın Memarı: Füzuli və Zəngilan Zəfəri
    37. 19:31 Şəhid Elvin Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    38. 19:29 Şəhid Elgün Mikayıllının şəhadətinin 5-ci ildönümü anıldı
    39. 18:21 “Füzuli Şəhəri Günü” münasibətilə  “Azad elim, abad yurdum” adlı tədbir
    40. 18:18 Rayon rəhbəri Mahmudavar kəndində asfalt örtüyü döşənmiş küçəyə baxış keçirmişdir
    «    Noyabr 2025    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    DÜNYA XƏBƏRLƏRİ