Masallı şəhər Heydər Əliyev prospektində yaşıllaşdırma işləri
- 8-08-2020, 20:21
- İqtisadiyyat
- 0
- 784
![](/uploads/posts/2020-08/medium/1596907302_df3aefd2ad8c87378af2eef54f907b32.jpg)
Masallı rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları şəhərin Heydər Əliyev prospektində təmizlik, abadlıq, quruculuq işləri aparıblar.
Prospektin dairəvi meydança istiqamətindəki yabanı bitkilər biçilərək yerində gül-çiçək toxumları əkilmişdir. İndi Bayraq Meydanı ilə üzbəüz yerləşən park şəhərimizə daxil olan qonaqlarda abad və yaraşıqlı şəhərimiz haqqında xoş təəssürat yaradır, təzə gül-çiçəklər göz oxşayır.
Masallı rayon Yaşıllaşdırma İdarəsinin əməkdaşları havaların xoş keçməsindən istifadə edərək şəhərin digər səmtlərində də təmizlik, abadlıq və quruculuq işləri aparır, təzə əkilmiş ağalara, gül-çiçəklərə su verirlər. Sıradan çıxmış, qurumuş ağaclar yenisi ilə əvəz olunur.
Qeyd edək ki, bütün işlər xüsusi karantin rejimi qaydalarına riayət edilməklə həyata keçirilir.
“Yeni həyat”,
www.yeniheyet.az