Masallıda noxud əkini sahələri genişləndirilir » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda noxud əkini sahələri genişləndirilir

    Masallıda noxud əkini sahələri genişləndirilir



    Masallı ryonunun təsərrüfatlarında 2023-cü ildə 259 hektar sahədə noxud yetişdirilmişdisə, cari 2024-cü ildə təsərrüfatlarda əkin sahələrinin 400 hektardan çox olması proqnozlaşdırılır. Belə ki, Masallı rayonunda keyfiyyətli noxud toxumu əldə edib əkən zəhmət adamları bu il bol məhsul götürmək üçün ciddi səylə çalışırlar. Noxud əkini əsasən Masallı rayonun Təklə, Sığıncaq və Xoşçobanlı kəndlərində həyata keçirilir. Belə ki, təkcə rayonun Təklə kəndində 150 hektar sahədə noxud əkilir.

    Kənd sakini Əli Məmmədov icarə götürdüyü 70 hektarlıq ərazidə kartof, buğda, noxud, mərci yetişdirir. İcarəçi danışır ki, son illər noxud yaxşı qiymətə satıldığından əkini 40 hektara çatdırıb. O, həmçinin qeyd edib ki, uzun illərdir kənd təsərrüfatı ilə məşğulam. Hazırda 30-40 hektar sahədə Pakistan sortundan olan noxud məhsulları əkirəm. Bir hektara 110 -120 kiloqram noxud səpirik. Məhsuldarlığı və satışı yaxşı olur. Bundan başqa, 5-6 hektarda kartof, həmçinin 20-30 hektar sahədə taxıl əkmişəm. Ümumi 50-60 hektar yerim var, ildən-ilə genişləndirirəm.

    Bu il 10 hektar çox, yəni 50 hektar sahədə noxud yetişdirən Masallı rayonun Xoşçobanlı kənd sakini Mütəllim Hüseynov isə artıq səpini keyfiyyətli və optimal müddətdə başa çatdırıb. Deyir ki, noxud digər bitkilərə baxanda çox qulluq tələb etmir, satışda da çətinlik olmur, elə yerində götürürlər. Mütəllim Hüseynov deyir ki, bu il 50 hektar sahədə noxud əkmişik. Keçən ilə nisbətən bu il 20 hektar artırmışıq. Buğda-arpa 30-40 qəpiyə, noxud isə 1 manat 80 qəpiyə - 2 manata satılır. Ona görə noxud əkməyə üstünlük veririk.

    Qeyd edildiyi kimi fermerlər əkində Pakistandan gətirilmiş yüksək məhsuldar toxumlara üstünlük verirlər. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, fermerlər əkini bəyan etdikdən sonra onlara subsidiya ödənilir.

    Masallı Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik sektorunun müdiri Nazim Şabanovun sözlərinə görə, noxud, mərci, qarğıdalı yazlıq əkin kimi qeydiyyata alınır. Əkin bəyan olunduqdan sonra hər hektarına görə 220 manat subsidiya verilir. Noxud əsasən Türkiyə və ərəb ölkələrinə ixrac olunur. Alıcısı çox olduğu üçün fermerlər bu sahəyə meyil göstərirlər.

    Qeyd edək ki, noxud biçiminə iyul ayında başlanacaq.




    "Yeni həyat"qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 20:50 Türkiyə vətəndaşının müraciəti əsasında sosial dəstək göstərilib
    2. 20:51 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Həsənli kəndində aparılan asfaltlaşdırma işləri ilə tanış olub
    3. 20:49 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Köhnə Alvadı kəndində aparılan asfaltlaşdırma və abadlıq işləri ilə tanış olub
    4. 13:36 Masallı Rayon İcra Hakimiyyətinin başçısı şəhid Qeysər Məmmədovun anasını evində ziyarət edib
    5. 13:34 Masallı Rayon İcra Hakimiyyəti başçsının 03.09.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    6. 20:13 Masallı Rayon İcra Hakimiyyətinin başçısı həsirçiliklə məşğul olan qadınlarla görüşüb
    7. 16:40 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
    8. 16:37 Rayon rəhbəri Qəriblər ərazisində səyyar qəbul keçirib
    9. 11:11 Rayon rəhbəri Ninəlov kəndində daxili yolların cari təmiri ilə tanış olub
    10. 10:55 Rayon rəhbəri Boradigah qəsəbəsində kanalların təmizlənməsi işləri ilə tanış olub
    11. 10:52 Rayon rəhbəri Türkoba kəndində şəhid küçəsinə asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    12. 10:50 Rayon rəhbəri Hişkədərə-Mahmudavar yoluna asfalt örtüyünün döşənməsi işləri ilə tanış olub
    13. 14:09 Masallıda Kənd təsərrüfatı sahəsində rəsmi statistikanın təkmilləşdirilməsinə dair Statistika İdarəsi tərəfindən icra nümayəndəlikləri üçün təlim keçirilmişdir
    14. 09:42 Masallıda 2026-cü ilin sentyabr ayına olan səyyar-görüş qəbulları barədə
    15. 23:30 Masallı rayonunda təhsil işçilərinin konfransı keçirilib
    16. 11:57 Masallı Rayon İcra Hakimiyyəti başçsının 27.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir.
    17. 20:54 Rayon rəhbəri Ərkivan qəsəbəsində xeyriyyəçilər tərəfindən görülən işlərlə tanış olub-26.08.2026
    18. 20:52 Rayon rəhbəri Ərkivan qəsəbə 1 saylı C.Cabbarlı adına tam orta məktəbində aparılan təmir işləri ilə tanış olub-26.08.2026
    19. 14:10 Rayon rəhbəri Qarğalıq ərazisinin Qədirli kəndində səyyar qəbul keçirib 25.08.2026
    20. 14:07 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 25.08.2026
    21. 10:44 26 Avqust – Laçın Şəhəri Günü
    22. 23:30 Sığıncaq kəndində I Qarabağ müharibəsi şəhidinin ailəsi ziyarət olunub
    23. 09:51 Masallı Rayon İcra Hakimiyyəti başçsının 20.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    24. 14:39 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 19.08.2026
    25. 14:37 Rayon rəhbəri Lürən ərazisində səyyar qəbul keçirib
    26. 18:20 "XTQ Qəhrəmanlarının İrsi” düşərgəsi layihəsi Masallıda
    27. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid ailəsini ziyarət edib
    28. 23:30 Qızılağac ərazisində şəhid Laçın Qurbanovun adını daşıyan küçəyə baxış keçirilib, şəhid ailəsi ziyarət olunub
    29. 23:30 Rayon rəhbəri Viləş ərazisində şəhid məzarlarını ziyarət etdi
    30. 20:00 Rayon rəhbəri Viləş ərazisində səyyar qəbul keçirib
    31. 15:53 Masallı Rayon İcra Hakimiyyəti başçsının 13.08.2026-cı il tarixdə növbəti vətəndaş qəbulu keçirilmişdir
    32. 17:42 Rayon rəhbəri Tüklə ərazisində mərasim evində görülən işlərlə tanış olub
    33. 17:41 Rayon rəhbəri Tüklə ərazisində şəhid məzarlarını ziyarət etdi 12.08.2026
    34. 17:39 Rayon rəhbəri Tüklə ərazisinin Məmmədoba kəndində səyyar qəbul keçirib 12.08.2026
    35. 12:33 Masallı rayonunda əmək bazarının göstəriciləri açıqlanıb - Statistika
    36. 18:09 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində mərasim evində görülən işlərlə tanış olub
    37. 18:07 Rayon rəhbəri şəhid ailələrinin yaşadığı küçədə
    38. 18:05 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində şəhid məzarını ziyarət edib
    39. 18:03 Rayon rəhbəri Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində asfalt örtüyü döşənən avtomobil yoluna baxış keçirib
    40. 12:58 Masallı rayonunda 2026-cı ilin taxıl biçini başa çatmışdır
    «    Sentyabr 2026    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930 
    DÜNYA XƏBƏRLƏRİ