Masallıda rayon rəhbəri Sığdaş kəndinə səfər edib

Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Kolatan Bələdiyyəsinin ərazisinə daxil olan Sığdaş kəndinə səfər edib. Rayon rəhbəri “Hampa” dağına çəkilən yolda aparılan işlərlə yerində tanış olub.
Səfər zamanı rayon rəhbəri kənd sakinləri ilə səmimi söhbət aparıb, onların fikir və təkliflərini dinləyib, mövcud məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
































