Masallıda rayon rəhbəri Boradigah çayı üzərində inşa olunan körpüdə
Masallı rayonunun Boradigah qəsəbəsində çay üzərindən keçidi təmin edəcək yeni körpünün inşası başa çatdırılmışdır. Körpünün istifadəyə verilməsi həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini asanlaşdıracaq, Boradigah qəsəbəsinin daxili yol infrastrukturunun daha da yaxşılaşdırılmasına şərait yaradacaqdır.
13 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəsi, bələdiyyə sədri və qəsəbə sakinləri tikintisi başa çatmış körpüyə baxış keçirmişlər.
Masallı Rayon İcra Hakimiyyəti başçısının Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teymur Əliyev rayon rəhbərinə körpüdə görülmüş işlər barədə geniş məlumat vermişdir.




































