Rayon rəhbəri Tüklə kəndində şəhid abidə kompleksini ziyarət etdi
Masallı rayonunda şəhidlərin xatirəsinə hörmət və ehtiramın göstərilməsi daim diqqətdə saxlanılır və bu istiqamətdə işlər ardıcıl olaraq davam etdirilir.
06 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəsi, bələdiyyə sədri və media nümayəndələri birlikdə Tüklə kəndində yeni təmir olunmuş şəhidlər abidə kompleksini ziyarət etmişlər.
Masallı RİHB-nın Tüklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi rayon rəhbərinə şəhidlər abidə kompleksində görülmüş işlərlə bağlı geniş məlumat vermişdir.


































