Rayon rəhbəri Mahmudavar kəndində yola baxış keçirib
Masallı rayonunda əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bir sıra küçə və kənddaxili yollarda infrastrukturun yenilənməsi istiqamətində təmir-bərpa işləri aparılmaqdadır.
05 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısı “Halay” Xalq Folklor Kollektivi ilə görüş keçirmişdir. Görüşdə Kollektivin bədii rəhbəri Natavan Əliyeva Mahmudavar kəndində yolun təmir olunması ilə bağlı məsələ qaldırmışdır.
Məsələ dərhal nəzarətə götürülərək, 06 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, 47 saylı Yol İstismarı MMC-nin rəisi Mahmud Bağırov, ərazi nümayəndəsi və bələdiyyə sədri Mahmudavar kəndində yolun mövcud vəziyyəti ilə yerində tanış olmuşlar, yolun təmiri ilə bağlı rayon rəhbəri aidiyyəti qurumlara müvafiq göstərişlərini vermiş və yol cari təmir olunmuşdur.






























