Rayon rəhbəri Tüklə kəndində kənd təsərrüfatı məhsullarının qurutma yerinə baxış keçirib
06 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəsi, bələdiyyə sədri və media nümayəndələri birlikdə Tüklə kəndində kənd təsərrüfatı məhsullarının qurutma yerinə baxış keçirmişlər.
Qeyd edirik ki, Tüklə kəndində kənd təsərrüfatı məhsullarının qurutma yeri şəhid atası Seyran Nəcəfova aiddir.
Baxış zamanı şəhid atası Seyran Nəcəf rayon rəhbərinə məhsulların emalı və qurutma prosesinin təşkil olunması, yaradılan şərait, mövcud imkanlar, həmçinin kənd təsərrüfatı məhsullarının daha səmərəli istifadəsinə dair məlumatlar vermişdir.
Rayon rəhbəri bu təşəbbüsün kənd təsərrüfatının inkişafına, yerli istehsalın güclənməsinə təkan verəcəyini bildirmişdir.
































