Ərkivan qəsəbəsində evi yanan vətəndaşın yeni tikilən evinə baxış keçirilib
- Bu gün, 14:19
- Siyasət
- 0
- 47
Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, bələdiyyə və qəsəbə xeyriyyəçilərinin maddi dəstəyi ilə Ərkivan qəsəbəsində yanan ev yenidən tikilərək vətəndaşın istifadəsinə verilmişdir.
Bununla əlaqədar olaraq 06 noyabr 2025-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, ərazi nümayəndəsi, bələdiyyə sədri və media nümayəndələri birlikdə Ərkivan qəsəbəsində yeni tikilən evə baxış keçirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov evi yanan aztəminatlı ailə ilə yeni tikilmiş evində görüşmüş və ailənin qayğıları ilə maraqlanmışdır. Aztəminatlı ailələrin hərzaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu və onların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atıldığını bildirmişdir.
Rayon rəhbəri tərəfindən ailəyə hədiyyə təqdim olunmuşdur.
Ev sahibi evinin tikintisinə, ona göstərilən diqqət və qayığya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.



































