Şəhid Cavad Babayevin şəhadətinin 5-ci ildönümü anıldı
- Bu gün, 17:30
- Maraqlı
- 0
- 3
11 noyabr 2025-ci il tarixində Qızılağac kəndində şəhid Babayev Cavad Gülverdi oğlunun şəhadətinin 5-ci ildönümü anılmışdır.
Şəhid Cavad Babayevin şəhadətə yüksəlməsinin 5-ci ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən Masallı Rayon İcra Hakimiyyəti Başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev, aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdıırlması şöbəsinin aparıcı məsləhətçisi Əli Məmmədov, ərazi nümayəndəliyinin əməkdaşları, bələdiyyə sədri, din xadimləri, şəhid ailələri və kənd sakinləri birlikdə şəhidin məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.






























