Ədliyyə naziri Fərid Əhmədov Masallıda vətəndaşları qəbul etdi

07 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə naziri Fərid Əhmədov Masallı şəhərində Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Ədliyyə naziri Fərid Əhmədov və Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoymuşlar.
Qəbulda Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad və Yardımlı rayonlarından ümumilikdə 145 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.































