“Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində Masallıda 2000 ədəd qoz tingi əkilib
- 14-12-2017, 13:47
- Manşet
- 0
- 1 572
“Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində Masallıda 2000 ədəd qoz tingi əkilib
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə “Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir.
“Hərəyə bir ağac əkək!” kampaniyası çərçivəsində YAP Masallı rayon təşkilatı və Masallı Rayon Meşə Bərpası və Mühafizəsi Müəssisəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.
Rayonun Güllütəpə kəndinin dağ massivində keçirilən aksiyada partiya fəalları və gənclərin iştirakı ilə 2000 ədəd qoz tingi əkilib. Ağacəkmə aksiyası mərhələli şəkildə davam etdiriləcək.
Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.