Masallıda yol hərəkəti qaydalarını pozan 35 sürücü cərimələnib
- 24-02-2022, 10:08
- Maraqlı
- 0
- 343
COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Yol polisinin keçirdiyi növbəti reyd zamanı ictimai nəqliyyatda sərnişinlərin gigiyenik vasitələr, həmçinin sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb.
Tibbi maska ilə bağlı tələblərə riayət etməyənlər, nəqliyyat vasitəsinə normadan artıq sərnişin götürənlər, eyni zamanda, COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar aşkarlanaraq barələrində inzibati protokollar tərtib edilib.
Reyd zamanı, həmçinin atmosferə buraxdığı zərərli qazların miqdarı normadan artıq olan avtomobillərin sürücüləri, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edənlər və digər qayda pozuntularına yol verənlər aşkarlanıb.
Aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq tədbirlər görülüb.