• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Deməyə sözüm çox...

    Deməyə sözüm çox...


    Dostumuz M. Kərimovu xatırlayarkən

    Maşallah Kərimov gənclik çağlarında bacarığına görə yaşından artıq səriştəsi və savadı hesabına rayonda ən yüksək vəzifələrdə çalışaraq rayon rəhbərlərinin belə ən yaxın köməkçisi, məsləhətçisi olub.
    Adının Maşallah qoyulması da təsadüfi deyildi. Elə bil ki, valideynləri körpəlikdən gözəl–göyçək, çevik, kök və dolu cüssəli olduğundan bəd gözlərə, pis nəzərlərə tuş gəlməsin deyə qorunması naminə onu belə adlandırmışdılar. Məktəb və ali təhsildə fərqlənərək sonralar istehsalatda çalışmaqla bu ad cürətli, iti ağıllı, həm də siyasi cəhətdən yetkin gənci həqiqətən də hər hansı çətinliklərdən, xoşa gəlməyən olaylardan qorumaqla hifz olunmasında (adında Allah kəlamı var) köməklik göstərib.
    Gənc və orta yaşlarında hər adama el ağsaqqalı, dəyərli insan olmaq qismət olmur. Atası Əbülfəz kişidən sonra böyük bir tayfada ağsaqqal olmaq şərəfi məhz ona keçdi.

    O, təkcə tayfanın, kəndin yox, bütün rayonun, regionun sayılıb–seçilən ağsaqqallarından oldu. Böyük postlarda tez bir zamanda uğurlar və yaxşı ad qazanmış Maşallah daim hamının diqqət mərkəzində olmuş şəxxsiyyət idi. Vəzifələrdən sonra rayon ağsaqqallar şurası sədrinin müavini seçilmişdi. Bəli, bir daha təkrarlayıram: Maşallah adı bütün ömrü boyu onu etibarlı bələdçi kimi sədaqətlə müşayiət edirdi... Lakin 16 sentyabr 2014–cü ilin payızı... Yarpaqlar ömrünü başa vurub xəzana döndüyü bir qəmli payız fəsli... Yarpaq yazda yenə yerini tutacaq və yaşıllaşıb ömrünü davam etdirəcəkdi. Ancaq həmin gün adəti üzrə axşamçağı Hacı  Maşallahı görüşə dəvət edəndə “bir az özümü pis hiss edirəm, qoy istirahət edim, həkim çağırmışam”–deyə, yavaş pıçıltı ilə cavab verdi. Heç yarım saat ötməmiş qəflətən bəd xəbər dostu Əyyubu və məni sarsıtdı - Maşallah gözünü əbədi yummuşdu... İnanmadıq, bir neçə dəfə təkrar zəng vurduq...
    İşığımız söndü, nitqimiz tutuldu, qəhərə bələndik. Bu necə ola bilər? Axı, sağlamlığından elə bir əsaslı şikayəti olmazdı. Vaxtaşırı həkimə müraciət edərdi. Amma özünün etiraflarına görə yemək, qida qəbulunda pəhrizini gözləməzdi.
    Xatirimə bir şey gəldi: rayon rəhbərliyindən birisi onu “Məşəllə” çağırardı. Çoxları buna gülümsəsə də bizim qəlbimizdə, gündəlik təmaslarımızda bu kişi elə çoxlarına məşəl, yolgöstərən idi. Bələdçi kimi halal, səxavətli, tədbirli, irəliyə can atan, yaxşı məsləhətçi, xeyirxah lider rolunu uğurla aparmağı bacarırdı.
    Yerişinin, duruşunun, gülümsəməsinin və hərdənbir bərkdən qəhqəhə çəkməsinin də ayrıca şirinliyi, təravəti və ləzzəti vardı.
    Məzəli söz-söhbəti, lətifələr danışmağı, olmuş məcaraları duzlu-şəkərli nəql etməsi, iştirak etdiyi hər hansı məclisdə qazandığı nüfuz hesabına təşəbbüsü ələ almaq, yerli–yerində danışıq və nəsihətamiz kəlamları ilə müsbət aura və sülh yaratmaq ustalığı, humanist təşəbbüsləri hamını valeh edirdi. İmkanı oldu-olmadı bəzən bir neçə dostunu günortaya dəvət etməyi xoşlayırdı. Hərdənbir kəskin, barışmaz mövqeyi və sərt iradı ilə istəkli və yaxın adamlarına təsir taktika da, səmimi tənqid də yer alırdı.
    O, zəngin ömür tarixçəsində ötən illərə nəzər salıb xatırlamaqla illərlə vəzifələrə çəkdiyi, təmənnasız hörmət qıldığı, çörək verdiyi, səxavət payladığı kəslərdən satqınlıq, dönüklük, namərdlik və nankorluq halları barədə eşidəndə “Pah atonnan, insan nə qədər dəyişərmiş...”–deyə qaş–qabağını töküb, rəngini dəyişib, ciddi görkəm alaraq gileylənirdi. Badalaq işlətməklə, ara qarışdırıb, ləyaqətli şəxsləri şərləməyə çalışmaqla məşğul olanları da o yaxşı görürdü və tanıyırdı.

    Sirr saxlamağı yaxşı bacarsa da son vaxtlar belələri barədə bir neçə yaxın dostuna iyrənc əməl və naqis hərəkət sahiblərinin ünvanını, adını aşkarcasına açıqlayır, son görüşlərdə əqidəsinə zidd olan olaylara, mövqelərə dözümsüzlük göstərir, heyrətlənib ürəkdən təəssüflənirdi. “Yaşayarıq, inşallah görərik onların da aqibətini” kəlməsini tez-tez təkrar edərdi.  

    Hamı ürəkdən istəyirdi ki, fələk bizə möhlət versəydi, bu il 70 illiyini onunla qoşa rayon səviyyəsində qeyd edərdik...
    Yaxşı yadımdadır: M. Kərimovun 60 illiyi qeyd olunurdu. Mədəniyyət sarayı ağzınadək dolu idi. Həmin vaxt artıq o, təkidlər və davamlı hədələrdən, təzyiqlərdən sonra məcbur olub RİH başçısının birinci müavini vəzifəsindən azad edilmişdi.
    Ancaq yüksək səviyyədə keçən bu təntənədə ünvanına deyilən səmimi sözlər, əl tutduğu, himayə etdiyi, köməklik göstərdiyi, oturub–durduğu əqidəli dost-tanışlarından eşitdiyi kövrək qiymət, gördüyü ehtiram, diqqət və rəğbət onu çox duyğulandırır, saf, gülər simasını, sifətinin cizgilərini təravətləndirirdi, çöhrəsinə parlaqlıq gətirirdi.

    Belə şadyanalıq və səmimi məclislərdə adətən az da olsa nahaq iş tutan, kəsilən halal çörəyə qiymət qoymayan bəzi satqın və vəzifə düşgünlərinin eybəcər, etibarsız siması, kölə psixologiyası və nadanlıq hərəkətləri də unudulur. Həmin gün dostumuz, ağsaqqalımız Maşallah Kərimov üçün ən eyforiya xütbəsi və qazandığı əlçatmaz, yüksək tribuna oldu. “Vəzifələrdə adamın dost-tanışı, xidmət göstərmək istəyənləri, asılılıq və tabeçilik durumunda məcburiyyətdən sayanları, yaltaqlanıb saxta təklif və xidmət göstərmək istəyənləri, yolunu dəyişib, hal-əhval, salam-kəlam çatdırmaq təbində bulunanları da çox olur. Ancaq kişi deyərəm vəzifədən getdikdən sonra ləkəsiz, qüsursuz, küçə-bağçaya çıxmağa üzü olsun, yoldan keçənlər baş əyib ona uzaqdan heç olmasa işarə edib yaxınlaşıb, salam verərək əl tutsunlar. Bax ömürə, xidmətə qiymət budur. Bunu qazanmışamsa, özümü xoşbəxt sayıram”, –yüksək amallı və bu qiymətli kəlamlardan sonra astaca tribunanın pilləkənlərindən zala endi. Enmədi! Yenidən yüksəldi, onu alqış və “sağ ol, kişi adamsan” sözləri ilə dəstə–dəstə irəli gələrək əksəri səhnədən aşağıda qarşılayıb, xeyli gözləyib xatirə şəkli çəkdirməyə can atırdı.
    70 illik yubileyində də bəlaqətli, ibrətamiz qiymətli sözlər işlətməklə bu alicənab insan yəqin hamıya kin-küdurətsiz, ehmalca işarə edirdi ki, “dəyərinizi əldən verməyin, insanlara xeyirxah və gərəkli olun. İnsanlıq vəzifəsi hər şeydən uca və önəmlidir” deyərdi.
    Qardaşımız Maşallah! Onda ki, böyük vəzifən yox idi. İmanın, xeyirxahlığın, əməlisalehliyin əvvəllər və sonralar da görünüb, görünür və görünəcəkdir. Sən həqiqəti söylədin. Kim qəbul etmir, özü, ailəsi, cəmiyyət bundan ziyan çəkəcək. Burada deyirlər: “Hər şey - yalan da həqiqətə xidmət edir. Kölgələr günəşi söndürmür”. Sən bizim məşəlimiz, günəşimiz, işığımız, ruhumuz, hal-əhvalımız, ab-havamızı tənziməyən kamertonumuz idin.
    İndi sosial şəbəkələrdə, KİV-də bir az dedi-qodu, nə gəldi, necə gəldi fərqinə varmadan paylaşmaq dəb düşüb. Əhatəmiz, ünsiyyət hüdudlarımız xeyli darlaşıb, xeyirxahlıq və ürəkaçıqlıq qapıları sanki darısqallaşıb. Bir-birinin (lap doğmalar da) üzünə tərs və paxıllıqla nəzər salmaq, başqalarına həsəd aparıb qeybət eləmək artıb. Həyatımızda gündəlik gedişatda tez-tez eşitdiyimiz, rast gəldiyimiz “keçmiş kişilər” məvhumu daha nadir hallarda eşidilir. O kişilərin yanında həddini və cızını aşanlara, nadürüst və pis hərəkətlərə yol verənlərə barmaq silkələyənlər, qınayanlar azalıb. Mən demirəm insan haqları, söz azadlığı, demokratiya prinsipləri pozulsun. Butun hallarda zorakılıq olmamalıdır. Münasibətlərdə də sivil yollar axtarılmalıdır. Ancaq o vaxtlar pillə-pillə vəzifələrə yüzdən birisi yüksək postlara seçilərək təyinat alardı, daha peşəkar, hazırlıqlı, təşkilatçı və nüfuzlular meydanda olardı. Burada da müasir intellektual səriştə sahiblərinə, xüsusən bacarıqlı və işgüzar gənc kadrlara kölgə salmaq istəmirəm. Ancaq böyük və ağsaqqal sözünü qəbul edib, ibrət götürənlər azalıb. Dinib-danışanda şəxsi işə qarışmaq, münasibətlərə qanunsuz, yersiz müdaxilədən danışırlar. Tez-tez “dünya dəyişib” deyirlər. Yox, dünya həmin dünyadır, insanlar, vəziyyət dəyişib, mövqelər hansı meyarlara görəsə haçalanıb.

    Bir dəfə bədxahlığa qoşulan və kimlər tərəfindənsə öyrədilmiş nahaq şikayətçi uzun müddət, illər boyu aqrar sənaye kombinatının direkltorluğunda olan Maşallah Kərimovdan hey şikayətlər yazarmış. Vaxt gəlir, oğlu gənc kənd təsərrüfatı mütəxəssisi kimi iş almaqdan ötrü xeyli tərəddüdlərdən, müddət itiriləndən sonra utana–utana, xəcalət çəkərək başqasının tövsiyəsi ilə onun qəbuluna gəlib təyinat üzrə heç olmasa briqadirlik vəzifəsinə işə düzəlmək ümidində olur. Bildirir ki, valideynlərinin haqqınızda etdikləri əməllərdən xəcalət çəkir, üzü yoxdur. Utana-utana zorla bura göndərdilər. M. Kərimov onun sözünü dərhal kəsib belə şeylərə əhəmiyyət vermədiyini ərizəçiyə çatdırıb kadrlar şöbəsinin rəisini çağırır, təyinat vərəqəsinə dərkənar qoyaraq heç bir söz demədən gənc kadrı kəndində aqronom vəzifəsinə əmrini hazırlamağı tapşırır. Cavan oğlan əmrini alıb gözlərinə inanmır, təkrar qapını döyüb başını içəri salaraq belə hörməti gözləmədiyindən, xəcalət çəkdiyindən kövrələrək tutulur, danışa bilmir: ancaq “çox sağ olun” deməklə kifayətlənir.

    Yüzlərlə belə epizodlardan biri olan bu fakt illər keçəndən sonra xatırlanır, deyilir, yayılır. Bir yapon atalar sözündə deyilir ki, “Gizlində edilən xeyirxahlıq aşkarlıqda qiymətini tapır”. Vaxtilə və sonralar rayonda işləmiş məsul vəzifə sahiblərindən R. Ruhullayev, Ə. Əlişov, C.Əsədov, H. Əhədov, Y. Mirzəyev, T. Feyzullayev, V. Əhmədov onlarca başqası ilə işləməklə cavan olsan da, Maşallah, sən belələrindən nümunə götürdün. Xeyirxah əməlləri artırdın, bax beləcə “Maşallah” oldun.

    70 yaşının sorağına toplaşmaq ərəfəsində dostların yoxluğundan əziyyət çəkir, ölümünə inanmır, möhkəm darıxır və hər gün nəsə çatışmazlıq hiss edirlər. Xeyli səbirli, təmkinli, tədbirli olmağınla yanaşı, hərdən haqlı olaraq sərt dediyin dostcasına tənqidin, iradların və başqalarının pis hərəkətlərinə görə üzünü turşudub bərk tənqid atəşinə tutmağın, hərdən küsməyin də bizlərə xoş idi!

    M. Həsənov, A. Nuriyev, Ə. Mehdiyev, həcc dostlarından M.Təhməzov, Ə. Ağayev, H. Abdullayev, M. Əliyev, B. Malıyev və bu sətirlərin müəllifi, qardaşın İnşallah, yaxın qohumlarından Arif, Ədalət, Xəlil və başqaları, lap çox istədiyin nəvələrindən Tural və hamı, hamı sənin gülümsər, qayğılı və daim narahat sifətinə həsrət qalıb, səni xəyallarında görmək istəyir, gündəlik həyətə, yollara, ətrafa baxır, səninlə görüşüb ağır səfərdən qayıdan yaxın adamı kimi öpüşüb-qucaqlaşmaq istəyir.

    Səndən sonra əhatəmizdə, məclislərdə, el-obada, tayfada sanki bir dərin boşluq yaranıb, heç kəs də onu doldura bilmir. Vallah, billah hər gün sənin yerin görünür. Elə bilirsən bizimçün bu haləti yaşamaq asandır? Biz yaşda olanlardan tay-tuşlarımızdan və dost-tanışlarımızdan, yaxınlarımızdan da ötən müddətdə itirdiklərimiz olub. Daim deyərdin ki, hamıdan axıra qalmağı (Əlbəttə, xoşun gəlməyən adamlara cavab olaraq) düşünənlər səhvə yol verirlər. Onların aqibəti çətin olur. Elə bilirsən biz rahatıq? Səninlə təmaslarımız bir an belə gözlərimiz önündən çəkilmir. Narahatçılığımız odur ki, Qarabağ torpaqlarımız tezliklə geri qaytarılsın, çiçəklənən, güclü nüfuzla möhkəmlənən dövlətimiz daha da qüdrətli olsun və ən uca zirvələri fəth etsin. Bizdən sonrakı nəsl milli–mənəvi dəyərlərimizə sadiq qalaraq xoşbəxt və firavan yaşasın, hər yerdə azərbaycanlı adını layiqincə doğrultsunlar.

    İmkan düşsə Allah–Təala istəsə, vaxt və tale qismətimə nəsib yazsa, doğulduğun 18 mart 2017-ci il tarixdə 70 illik xatirə günündə yazdıqlarımı danışıb deyərdim. Yox, xeyli uzun çəkər. Hələ çox şeyi yazmadım. Deməyə sözüm çoxdur.
    Bu elegiyam dərc olunsa, qəzet parçalarını adlarını əziz tutduğumuz, hazırda sənin üçün darıxan istəklilərinə mütləq çatdıraram.
                 

    Ələşrəf NİFTİYEV,
    Masallı şəhəri. AJB-nin üzvü. Mart, 2017.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:37 32 illik şərəfli yol
    2. 14:16 Masallı RİH Başçısı 21.11.2024-cü il tarixdə Xıl ərazisinin sakinləri ilə görüşdü
    3. 09:06 Ağdamın Zəfər Günü 
    4. 18:39 Yeyənkənd kəndində küçələrin təmiri üçün hər kəs səfərbər olub
    5. 18:37 Böyük Kolatan kəndində transformator yeniləndi
    6. 18:36 Masallıda Uşaqlarıın VI Ümumrespublika Forumunda iştirak edəcək nümayəndələrlə görüş
    7. 18:20 Masallıda “Ağdam və Kəlbəcər Şəhəri Günü” münasibətilə tədbir keçirilib
    8. 10:04 Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
    9. 09:40 Masallının tanınmış ziyalısı
    10. 22:00 Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazanıb
    11. 18:40 Masallıda payızlıq kələm yığımı davam edir
    12. 18:37 Masallı RİH Başçısı 19.11.2024-cü il tarixdə Miyanku ərazisinin sakinləri ilə görüşdü
    13. 12:33 Yeni Azərbaycan Partiyası -32
    14. 12:31 Yeni Azərbaycan Partiyası -32
    15. 11:54 Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
    16. 08:44 Azərbaycanı inkişafa aparan yol
    17. 08:42 COP 29: Dünya Azərbaycanda Masallıda tədbir                                 
    18. 23:30 20 noyabr - Ağdam şəhəri günüdür
    19. 23:30 Bədəlan ərazisinin Çayqıraq kəndində daxili yollar təmir olunur
    20. 23:00 Şəhid Elməddin Nəzərovun şəhadətinin 4-cü ildönümü anıldı
    21. 23:00 Masallı rayonu üzrə “Özünüməşğulluq” proqramı çərçivəsində aktivlərlə təmin olunmuş şəxslər barədə
    22. 14:07 “Biz Heydər Əliyev irsini öyrənirik” 
    23. 23:30 Şəhid Elçin Novruzovun şəhadətinin 4-cü ildönümü anıldı
    24. 23:00 Azərbaycan Prezidentinə yazırlar
    25. 10:18 Yeni Kaledoniya xalqı azadlıq mübarizəsində
    26. 20:30 Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır
    27. 18:40 Ağakişibəyli kəndində şəhid küçəsi abadlaşdırılır
    28. 18:35 Rayon rəhbərinin 15 noyabr 2024-cü il tarixdə növbəti vətəndaş qəbulu
    29. 11:12 200 ölkənin yekdil qərarı-Azərbaycan COP29-a ev sahibliyi edir
    30. 23:30 Azərbaycanın başladığı meqalayihələr çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib
    31. 23:00 Aləmə öyüd vermək istəyən Fransanın eyibləri faş oldu
    32. 18:38 Böyük Xocavar kəndində evi yanan kənd sakininə xeyriyyəçilər dəstək olurlar
    33. 18:35 Şəhid Sahib Şirəliyevin şəhadətinin 4-cü ildönümü anıldı
    34. 18:31 Masallı RİH Başçısı 14.11.2024-cü il tarixdə Qodman ərazisinin sakinləri ilə görüşdü
    35. 18:27 Masallı rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən yeni təyinatlar
    36. 16:17 Bişkekdə  Türk Dövlətləri Təşkilatılarının görüşü kecrilmişdir 
    37. 15:48 Masallı rayon İcra Hakimiyyətinə yeni şöbə müdiri təyin olundu
    38. 15:43 Masallıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində əkilən ağacların sayı barədə
    39. 15:19 Siyasi –diplomatik və iqtisadi uğurlar
    40. 13:50 Şuşa Azərbaycan əsgərinin vətən sevgisidir
    «    Noyabr 2024    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    DÜNYA XƏBƏRLƏRİ