• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Aprel qələbəsinə həsr olunmuş tədbir

    Aprel qələbəsinə həsr olunmuş tədbir


    04 aprel 2022-ci il tarixdə «Yeni həyat» qəzeti redaksiyasında Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan təbliğat qrupunun tədbiri keçirilmişdir.

    Tədbir Azərbaycan xalqının əzəli torpağı olan Qarabağın azad edilməsi uğrundakı müharibədə Qələbəmizə ümid verən Aprel döyüşlərinin 6-cı ildönümünə həsr edilmişdir.

    Tədbiri Azərbaycan TİAHİ Masallı rayon komitəsinin sədri Səfail Eyvazov açmışdır.

    Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr edilən "Yeni həyat" qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov, “Yeni həyat” qəzetinin məsul katibi Həsənağa Əliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid Ailələri İctimai Birliyi Masallı rayon təşkilatının sədri Nahid Rəhimov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva, Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Akif Ağayev və İbrahim Şükürov və başqaları çıxış etmişlər. Natiqlər göstərmişlər ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi ilə Vətən müharibəsində parlaq qələbə qazanan ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Erməni vandalizminin qurbanı olan iyirmi faiz torpaqlarımız, o cümlədən kənd, qəsəbə və şəhərlərimiz yerlə yeksan edilmişdi. 44 günlük Vətən müharibəsində azad olan torpaqlarımızda dərhal geniş infrastruktura malik quruculuq işləri möhtəşəm ab-havada davam etdirilir. Tarixi zəfərə qədər Azərbaycan ordusu  hələ 6 il əvvəl 2-5 aprel tarixli döyüşlərdə özünü məğlubedilməz sayan ermənilərə gücünü göstərməklə  ismarıclarını göndərmişdi. Dörd gün davam edən döyüşlərdə şanlı ordumuz, igid oğullarımız düşmənin güclü, dağılmaz istehkamlarını darmadağın edərək bir sıra vacib yüksəklikləri ələ keçirdilər. Bunu gözləməyən  erməni rəhbərləri arxa-dayaq saydıqları dövlətlərə yalvarmaqla müharibəni dayandırmağa nail ola bildilər. Lakin bu onlara görk olmadı. Dəfələrlə atəşkəsin pozulması Azərbaycanın səbrini tükəndirdi. Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi vaxtı, məqamı çatmışdı. Yenilməz ordumuz 44 gündə bunun öhdəsindən ləyaqətlə gəldi. Xalqımız Prezidentimizin ətrafında sıx birləşdi. Xalq – ordu – Prezident birliyi Azərbaycanı dünyaya qalib kimi tanıtdı.

    Xüsusilə, Şuşanın alınması hərb sənətinin ən ümdə görüntüsü kimi özündə birləşdirdi. Qələbəmizdə Azərbaycan gəncinin vətənpərvərliyini, Vətən məhəbbətini çılpaqlığı ilə göstərdi. Şəhidlər verdik, qazilərimiz oldu.Bu gün dövlətimiz şəhid ailələrinə və qazilərə qayğılarını göstərir. Bu mürəkkəb dünyada həmişə ayıq-sayıq olmaqla gənclərimizin Vətən eşqini, vətənpərvərlik hissini yüksəltməliyik.

    Rayonumuzda da Zəfər bayramımızdan sonra şəhid və qazilər qayğılarla əhatələnib. Ölkənin iqtisadi gücü gələcək uğurlarımıza işıq saçır. Qarabağda aparılan işlərin müstəvisi  günbəgün genişlənir. Şanlı ordumuz düşmənin bütün hiylələrini qabaqlamaq üçün sərhədlərimizin keşiyində ayıq-sayıq dayanıb.

    Möhtərəm Prezidentimizin siyasi sayıqlığı ilə Azərbaycanın haqq işinin dairəsi genişlənir. İndi bir çox dövlətlər Azərbaycanın müharibədə qələbəsini, bu günki iqtisadi  uğurlarını, ölkədəki hərtərəfli quruculuq işlərini alqışlayır.

    Tarixi qələbəmizdən ötən dövr ərzində ölkəmiz dünyanın bir çox dövlətləri ilə  əməkdaşlıq əlaqələrini qurur, qoşulmamaq hərəkatının prinsiplərinə hörmətlə yanaşır ki, bu da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasi kursunun prioritetlərindəndir.
    Son vaxtlar bir çox xarici ölkə nümayəndələrinin Azərbaycana səfəri, ABŞ prezidenti C.Baydenin Novruz bayramı ilə əlaqədar  cənab İlham

    Əliyevə təbrik məktubu və digər hadisələr buna parlaq misaldır.

    Tədbiri Əlihüseyn Şükürov yekunlaşdırmışdır.


    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 10:59 Xankəndi,Xocalı,Xocavənd və Ağdərədə quruculuq-abadlıq işləri böyük coşqu ilə həyata keçirilir
    2. 10:57 20 Sentyabr –Dövlət Suverenliyi Günü
    3. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    7. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    8. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    9. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    10. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    11. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    12. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    13. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    14. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    15. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    16. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    17. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    18. 12:28 Vətənə xidmətdə keçən ömür
    19. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    24. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    25. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    26. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    28. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    30. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    31. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    32. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    33. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    34. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    35. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    36. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    37. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    38. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    39. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    40. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ