Masallıda su quyusuna düşən şəxs xilas edilib
- 17-04-2022, 19:50
- Maraqlı
- 0
- 355
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Masallı rayonunun Ərkivan qəsəbəsində bir nəfərin su quyusuna düşərək orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-nin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1971-ci il təvəllüdlü Abdullayev Şahin Mürsəl oğlu dərinliyi təqribən 15 metr olan su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələri ilə Ş.Abdullayevi quyudan çıxararaq xilas ediblər.
"Yeni həyat" qəzeti,
www.yeniheyet.az