• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Tarixi köklərinə  söykənən bir millət - iki dövlət: Azərbaycan -Türkiyə 

    Tarixi köklərinə  söykənən bir millət - iki dövlət: Azərbaycan -Türkiyə 


    28 May - Azərbaycanın dövlət müstəqilliyinin qeyd edildiyi gün Bakıda Azərbaycan və Türkiyə respublikalarının dövlət rəhbərləri, bir çox dövlət rəsmilərinin iştirakı ilə möhtəşəm "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalı keçirildi. Bütün dünya üçün son dərəcə cəlbedici olan növbəti "TEKNOFEST" festivalının məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildir. Çünki bundan əvvəl bir qıra beynəlxalq tədbirlər, dünya səviyyəli idman yarışları, intellektual forumların keçirilməsi zamanı qazanılan təcrübə buna əsas verirdi.
    Müasir elm və tərəqqinin ən son nümunələrinin nümayiş etdirildiyi platforma olan "TEKNOFEST"in beynəlxalq ictimaiyyət üçün çox cəlbedicidir. Bu festival müasir dünyada elmi, təhsili, tərəqqini və inkişafı məhz mavi səmadan təbliğ edən alternativsiz və çoxşaxəli platformadır.

    "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində keçirilən sərgi bu festivalın özü qədər əzəmətli və faydalı olub. Azərbaycanın qocaman elm və təhsil müəssisələrinin, ayrı-ayrı dövlət qurumlarının bu tədbirə hazırlıq səviyyəsi festival çərçivəsində həyata keçirilən müsabiqələrdə özünü göstərdi.

    Azərbaycan Respublikasının Prezidenti, MÜzəffər Ali Baş Komandan cənab İlham Əliyevin festivaldakı çıxışında qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı, dünyaşıhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncəri və "TEKNOFEST"in təşkilatçısı Selçuk Bayraktarı salamlayaraq onlara festivalda və onun təşkilində iştirakına görə minnətdarlığını bildirdi.
    TEKNOFEST müasir elm və mədəniyyət forumudur. Burada nümayiş etdirilən müasir uçan aparatlar məhz elmin gücü və qüdrəti ilə hava məkanında məharətlərini göstərir. Həmçinin, bu sahədə qazanılan istənilən uğur və nailiyyət müasir həyatda yeni-yeni mədəniyyət nümunələri ortaya çıxararaq, bütövlükdə kulturologiya səltənəti formalaşdırır.

    TEKNOFEST-in iştirakçıları əsasən yeniyetmə və gənclərdir. Təbii ki, burada uşaqların maraqlarının da böyük olduğunu nəzərə almaq lazımdır. Hansı ki, zamanın hökmü ilə yeniyetmə və gənclər sürətlə yerlərini həmin uşaqlara verirlər. TEKNOFEST-in faydalı iştirakçısı olmaq, gələcək həyatını bu formul üzərində qurmağı arzu edən yeniyetmə və gənclər, ilk növbədə, dəqiq elmlərin sirlərinə yiyələnməlidirlər.

    Keçirilən festival çərçivəsində yaxın gələcəkdə Azərbaycan və Türkiyənin ortaq texnopark təsis etməsinə dair mühüm çağırışlar eşidildi. Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanmaqla artıq bu sahədə ilk addım atılıb.
    Azərbaycanın son illər beynəlxalq tədbirlərin fəal təşkilatçısına çevrilməklə müasir dünyanın ayrılmaz tərkib hissəsi kimi həm beynəlxalq təcrübəni məharətlə mənimsəyir, həm də öz standartlarını təbliğ edir. Ölkə həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılmasında milli Azərbaycan standartları anlayışının təqdim olunması mühüm amildir. Bu vaxtda qədər Bakını müasir dünyanın yeni fikir və düşüncə mərkəzi olduğunu bildirən ekspertlər "TEKNOFEST Azərbaycan" çərçivəsində qazanılan uğurlar sayəsində Azərbaycanı elm və texnologiyaların nümayiş məkanı olduğunu ifadə etməyə başlayıblar.
                   

    Emil CAHANGİROV,
    YAP Masallı Rayon Təşkilatı Masallı Poçt filialının təşkilat sədri




    "Yeni həyat" qəzeti,
    www.yeniheyet.az
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    2. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    3. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    4. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    5. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    6. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    7. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    8. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    9. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    10. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    11. 11:43 Rayonun Kolatan-Xanalıyan avtomobil yolu bərpa edilir
    12. 11:24 Masallıda rayon rəhbərinin şəhidlərə diqqəti 30.07.2025
    13. 11:22 Masallıda rayon rəhbərinin 31 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    14. 16:37 Dil - insanları birləşdirən ünsiyyət vasitəsidir
    15. 15:46 Masallı DAİM-də dəyirmi masa
    16. 16:17 Masallıda kartofçuluq və taxılçılıqla bağlı müşavirə
    17. 17:53 Rayonun Çayqıraq kəndinin yolu təmir edilir
    18. 17:50 Masallıda şəhid Sübhan Həsənovun doğum günü anılıb
    19. 15:28 Masallıda rayon rəhbərinin şəhid ailələri ilə növbəti görüşü-25.07.2025
    20. 13:37 Masallıda 2025-cü ilin avqust ayına olan səyyar-görüş qəbulları barədə
    21. 17:30 Masallıda “II Regional Gənclər Festivalı” keçirilmişdir
    22. 10:45 Masallıda rayon rəhbərinin 24 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    23. 19:34 Prezident İlham Əliyevin 3-cü Beynəlxalq Media Forumundakı Çıxışı: Yeni Reallıqlar və Qlobal Media Perspektivi
    24. 16:35 III  Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış etdi
    25. 15:10 Masallının Yeyənkənd kəndində 23 iyul 2025-ci il tarixdə səyyar qəbul
    26. 15:05 Masallının Yeyənkənd ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 23.07.2025
    27. 11:05 III Şuşa Qlobal Media Forumu Qlobal baxışların kəsişdiyi strateji platformadır
    28. 23:30 Azərbaycan sağlam əməkdaşlığa hər zaman açıq olub
    29. 15:10 Masallıda 2025-ci ildə kartof məhsuldarlığı
    30. 14:36 Milli Mətbuat Günü ilə bağlı dəyirmi masa - MASALLIDA
    31. 13:58 Masallıda “Maariflənmə, müasirləşmə, ümummilli məqsədlərin təbliğində milli mətbuat və jurnalistikanın rolu” mövzusunda tədbir
    32. 12:03 Azərbaycan milli mətbuatının 150 illik yubileyidir
    33. 23:00 Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxış etmişdir
    34. 17:30 Azərbaycan milli mətbuatının 150 illik yolu
    35. 23:30 22 İyul Milli Mətbuat Günü ilə əlaqədar
    36. 23:30 22 iyul Milli Mətbuat günü
    37. 10:06 Qəzet dövlət arxivi, dövlətçilik tarixidir
    38. 23:00 22 iyul Milli Mətbuat Günü 
    39. 16:16 AZƏRBAYCAN MƏTBUATI TARİXƏ İZ SALIB
    40. 15:48 Sığdaş kəndində əhalinin içməli su ilə təminatı yaxşılaşdırılır
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ