Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək
- 7-05-2021, 18:46
- Mədəniyyət
- 0
- 656
Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçiriləcək.
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı ilk dəfə 1989-cu ildə Şuşanın əsrarəngiz Cıdır düzündə, məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar təşkil olunub. Yalnız vətəni Azərbaycanda deyil, bütün dünyada ən vacib mədəniyyət tədbirlərindən biri hesab olunan bu festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, SSRİ-nin on beş müttəfiq respublikasının iştirakı ilə keçirilib.
32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.
Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.
www.yeniheyet.az